• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan rəssamlarının əsərləri “Sotheby’s”də - FOTO

Azərbaycan rəssamlarının əsərləri “Sotheby’s”də - FOTO
17.03.2014 18:52
Müasir Azərbaycan rəssamlarının əsərləri “Sotheby’s” satış-sərgisində. ANS PRESS-in məlumatına görə, 27 mart - 1 aprel tarixində məşhur “Sotheby’s” hərrac evi Böyük Britaniyanın paytaxtı Londonda Mərkəzi Asiya və Qafqaz ölkələri rəssamlarının əsərlərinin satış-sərgisini təşkil edəcək. “Yol ayrıcında: İstanbuldan Kabilə qədər müasir incəsənət” başlığı altında keçiriləcək sərgidə Mərkəzi Asiya respublikaları, İran, Türkiyə və Cənubi Qafqaz ölkələrindən müasir dövr rəssamlarının 60-a yaxın əsəri nümayiş olunacaq. Artıq ikinci dəfədir ki, dünyaca məşhur hərrac evində region ölkələrinin, o cümlədən Azərbaycanın müasir rəssamlarının əsərlərindən ibarət sərgi geniş auditoriyaya təqdim olunur. Budəfəki sərgidə Azərbaycan rəssamlarının 10 işi nümayiş olunacaq. Sərgidə üç nəsil rəssamlarımızın portret janrında əsərləri yer alacaq. Rəsmlərin mövzusu isə müxtəlifdir. Əsərlərdə siyasi, sosial-iqtisadi, eləcə də Azərbaycanın qədim və zəngin mədəniyyəti ilə bağlı mövzular əksini tapıb. Burada həm çox məşhur, həm də nisbətən az tanınan, amma maraqlı əsərlər müəllifi olan rəssamlar təmsil olunur. Tahir Salahov, Mirnadir Zeynalov, Aida Mahmudova, Tofiq Cavadov, Aydan Salahova, Toğrul Nərimanbəyov, Cavad Mircavadov, Faiq Əhməd, Rəşad Ələkbərov və Rauf Məmmədovun əsərləri son 50 ildə Azərbaycan təsviri sənətinin nə qədər rəngarəng olduğunu və inkişaf etdiyini göstərir.Xatırladaq ki, 2013-cü ilin martında “Sotheby” hərrac evi ilk dəfə Qafqaz və Mərkəzi Asiya ölkələrinin müasir incəsənət nümunələrinin satış-sərgisini təşkil etmişdi. Sərgidə 1960-cı illərin nonkonformizm və sosrealizmindən yeni bədii təcrübələrədək olan dövrü əhatə edən 50-dək əsər satışa çıxarılmışdı. “Sotheby’s” 1744-cü ildən sənət əsərləri kolleksiyaçılarını öz ətrafında cəmləyir və dünyanın ilk beynəlxalq hərrac evidir. Hazırda “Sotheby’s” Nyu-York, London və Parisin onlarla satış mərkəzlərində hərraclar təşkil edir, 40 ölkədə 90-dan çox ofis şəbəkəsinə malikdir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol