• $
  • €
  • ₽
  • ₺
  • £

Səhnəmizin Rüstəm bəyinin 117 yaşı tamam olur

Səhnəmizin Rüstəm bəyinin 117 yaşı tamam olur
15.03.2014 13:41
Ağasadıq Gəraybəyli 1897-ci il martın 15-də Şamaxıda anadan olubBu gün Azərbaycanın Xalq artisti Ağasadıq Gəraybəylinin dünyaya gəlməsinin 117-ci ildönümüdür. Milli teatrımızın inkişafı yolunda sənət fədailərindən olan, teatrı varlığından artıq sevən, obrazlar qalereyası yaradan Ağasadıq Gəraybəyli 1897-ci il martın 15-də Şamaxıda anadan olub. O yazıçı-dramaturq Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub və dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrənib. Milli teatrımızın klassiklərindən sayılan Ağasadıq Gəraybəyli 200 müxtəlif rollarda səhnəyə çıxıb. O Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəyovun “Arşın Mal Alan”, Cəfər Cabbarlının “Sevil”, “Od Gəlini” və s. filmlərdə və tamaşalarda obrazlar yaratmaqla adını teatr tarixinə qızıl hərflərlə yazdırıb. 90 il yaşayan Ağasadıq Gəraybəyli ömrünün sonlarının bir hissəsini gözləri kor şəkildə keçirib. Amma oynadığı rollarda bunu tamaşaçılara bildirməyib. Azərbaycan teatır və kino sahəsində unudulmaz iz qoyan Ağasadıq Gəraybəyli bir çox mükafatlara, fəxri adlara, layiq görülüb. Ən böyük sevinci “O Olmasın, Bu Olsun” filmində Rüstəm bəy rolunu oynamaq idi.Ağasadıq Gəraybəyli təvazökar insan, nümunəvi ailə başçısı idi. 1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışmış, alqışlarla qarşılanan səhnə xadimlərindən biri olub. Bu gün aktyorun anadan olmasının 116 , səhnə fəaliyyətini 86 illiyidir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol