• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq yazıçısı Anarın 76 yaşı tamam olur

Xalq yazıçısı Anarın 76 yaşı tamam olur
14.03.2014 09:31
Bu gün Azərbaycanın Xalq yazıçısı Anarın dünyaya gəlməsinin 76-cı ildönümüdür.Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında yeni bir səhifə açan Anar 1938-ci ildə martın 14-də iki məşhur yazıçı- Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib. Elə yazıçının adı da ona doğma olan iki insandan bir xatirədir. O, 10 illik musiqi məktəbini gümüş medalla bitirib. Həyat yoldaşı Zemfira xanımla isə 1-ci sinifdən 10-cu sinfədək bir yerdə oxuyub. Yazıçı Anar Dövlət Universitetinin filologiya fakültəsinə, Zemfira xanımsa konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb. Onların izdivacından bir qız, bir oğlan övladları dünyay gəlib. Yazıçı Anar həm də içtimai xadimdir. O, Yazıcılar Birliyinin sədridir. 1995-2000-çi illərdə isə Milli məclisin üzvü olub. 1964-çü ildən Yazıçılar, Kinematoqrafçılar, Jurnalistlər və Teatr xadimləri ittifaqının üzvüdür. Anarın yaradıcılığında ilk əsərlərini Şuşada yazıb. “Keçən ilin son gecəsi” və “Bayram həsrətində” onun ilk mətbu hekayələridir.Anarın 50-dən çox kitabı dünyanın bir çox ölkələrində nəşr olunub. Yazıçının pyesləri müxtəlif teatrlarda mütəmadi tamaşaya qoyulur, xariçi ölkə səhnələrində oynanılır. Onun bir neçə tərçümə əsərləri də var.O, həm də “Dantenin yubileyi”, “Üzeyir ömrü” və “Qəm pənçərəsi” kimi filmlərinin quruluşçu rejissoru, 11 bədii filmin isə ssenari müəllifidir.Rusiyanın “Mosfilm” kinostudiyasında yazıçının “Mən, sən, o və telefon” hekayəsinin motivləri əsasında “Hər axşam 11-də” bədii filmi çəkilib. Onun bir neçə şerinə Xəyyam Mirzəzadə, Çavanşir Quliyev, Emin Sabitoğlu kimi görkəmli bəstəkarlar mahnılar bəstələyib. Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir və 1998-ci il martın 14-də yazıçı ölkənin ən yüksək dövlət mükafatı olan İstiqlal ordeni ilə təltif olunub. Bu ilin fevral ayında isə Türkiyənin Eskişehir vilayətində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresində Xalq yazıçısı Anar Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk sədri seçilib. Həmçinin bu tədbirdə Xalq yazıçısı Anara Balkanlar Türk Mədəniyyətinə Xidmət ödülü təqdim olunub.//Anspress
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol