• $
  • €
  • ₽
  • ₺
  • £

Londonda Qafqaz adlı Türkiyə-Azərbaycan filminin premyerası olub

Londonda Qafqaz adlı Türkiyə-Azərbaycan filminin premyerası olub
13.03.2014 22:26
Londonda Kino və Televiziya Sənəti Akademiyasında (BAFTA) Azərbaycan ilə Türkiyə kinematoqrafçılarının birgə çəkdiyi “Qafqaz” bədii filminin premyerası olub.Xəzər Strateji İnstitutu (HASEN), Türiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Gənclər və İdman Nazirliyi filmə sponsorluq edib. Filmin nümayişindən əvvəl, HASEN-in baş katibi Haldun Yavaş filmin istehsalçılarına və ərsəyə gətirilməsində dəstəyi olanlara minnətdarlığını ifadə edib. Türkiyənin Böyük Britaniyadakı səfiri Əhməd Ünal Çeviköz filmin Azərbaycan və Türkiyə qardaşlığının bir nümunəsi olduğunu bildirib. Hər iki ölkə kinematoqrafçılarının gələcəkdə də uğurlu layihələrdə iştirak edəcəklərindən əminliyini ifadə edib.Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov iştirakçıları qarşıdan gəglən Novruz Bayramı müansibəti ilə təbrik edib. Səfir, filmdə ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulmasının əhəmiyyətini diqqətə çatdırıb. Beynəlxalq təşkilatlarda Türkiyənin bu məsələdə Azərbaycanı dəstəkləməsini xüsusi qeyd edib. Layihəni yüksək qiymətləndirən diplomat, çıxışının sonunda filmin ərsəyə gətirilməsində əməyi olan hərkəsə minnətdarlığını ifadə edib.Milli Məclisin deputatı Ceyhun Osmanlı layihənin başlaması və filmin çəkilişi haqqında məlumat verib. Ulu öndərlərin – Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları qardaş ölkələrimiz arasında həmçinin filmin çəkilişində də hər zaman əsas prinsip olduğunu qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin deputatı Azərbaycan ərazilərinin tezliklə işğaldan azad olunmasının zəruriliyini vurğulayıb. O deyib ki, bu məsələ təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemidir və Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır.Filmin rejissoru və baş rolun oyuncusu Ərhan Güləryüz və türkiyəli aktrisa Tuğçe Kazaz hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edən filmdə rol almaqdan məmnunluqlarını ifadə edib.Çıxışlarından sonar sənətçilərə Qarabağ xalçaları hədiyə edilib.Gerçək hekayəyə əsaslanan film, 1992-ci illərin hadisələrini canlandıran romantik-sevgi filmidir. Filmdə aktrisa, “Miss Türkiyə-2001”-in qalibi Tuğçe Kazaz və “Ayna” Qrupunun solisti Erhan Güləryüz, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı və başqaları rol alıb.Film tamaşaçıların böyük rəğbətini qazanıb.//AzərTAc
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol