• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc rəssam Aylinin özünəməxsus yaradıcılıq dünyası - FOTOLAR

Gənc rəssam Aylinin özünəməxsus yaradıcılıq dünyası - FOTOLAR
19.06.2023 10:19
Sənət dünyasını həmişə yaradıcılıq aləminə öz üslübü ilə gələrək, sənətdə öz cığırını, özünəməxsus yolunu yaratmağa, sənətə yeni məna çalarları qatmağa çalışanlar zənginləşdirir. 

Aylin Bağırova da bu yolda böyük həvəs və inamla addımlarını atan gənc  rəssamlarımızdan biridir. 

Ziyalı bir ailədə doğulan Aylinin hələ kiçik yaşlarında ikən təsviri incəsənət sahəsində istedad və bacarığa malik olduğu hiss edilib. Ötən dövrdə  bir çox sərgilərdə iştirak edən Aylin Bağırovanın əl işlərində də daim axtarışda olan bir gəncin özünəməxsus üslub tərzini, yardıcılıq dünyasına yeni mənalar gətirmək istəyini  aydın sezmək olar. 

18 yaşlı Aylin hazırda İstanbuldaki Yeditepe Universitetinin Gözəl Sənətlər fakültəsində təhsil alır. Onun daha çox dizayn tipli əl işlərinə marağı da aydın görünür. 

Əminik ki, o öz istedadı ilə təhsildə əldə etdiyi bilik və bacarıqları birləşdirərək sənətdə daim irəli addımlayacaq, böyük yaradıcılıq uğurlarına nail olacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol