• $
  • €
  • ₽
  • ₺
  • £

"Əli və Nino" xorvat dilində çap olundu

"Əli və Nino" xorvat dilində çap olundu
12.03.2014 16:04
11 mart 2014-cü il trarixində Xorvatiyada Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə xorvat dilinə tərcümə olunmuş "Əli və Nino" kitabının təqdimat mərasimi keçirilib.Səfirlikdən Trend-ə verilən məlumata görə, Zaqreb şəhərində təşkil edilən təqdimat mərasimində Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, sabiq Prezident Stepan Mesiç, Xorvatiya Dostluq Cəmiyyətləri İttifaqının baş katibi Andriya Karafilipoviç, Xorvatiya Diplomatik Akademiyasının direktoru Mladen Andrliç, Xorvatiya Ali Məhkəməsinin, Xorvatiya Mədəniyyət Nazirliyi və Zaqreb Şəhər Mədəniyyət İdarəsinin nümayəndələri, Xorvatiya Parlamentinin üzvləri, o cümlədən parlamentdə fəaliyyət göstərən Xorvatiya-Azərbaycan dostluq qrupunun üzvləri, Xorvatiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli jurnalist və ictimai xadimlər və digərləri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Xorvatiyadakı səfiri Kamil Xasiyev Azərbaycanın qədim və zəngin ədəbiyyatı haqqında ətraflı məlumat vermiş, "Əli və Nino" əsərinin 30-dan çox dilə tərcümə olunduğunu və 100 dəfədən çox nəşr edildiyini vurğulayıb.Səfir "Əli və Nino" əsərini Azərbaycanda tarixən mövcud olmuş multimədəniyyətlilik və tolerantlıq nümunəsi kimi dəyərləndirib və əsərin əsas məğzinin sülh, dostluq, hörmət və xeyirxahlığın təbliği olduğunu bildirib.Daha sonra tədbir iştirakçıları "Əli və Nino" əsəri haqqında fikirlərini bölüşüb, Azərbaycanın zəngin ədəbiyyatı haqqında danışıblar.Tədbir Xorvatiyanın ictimai televiziyası və radiosu "HRT 1" tərəfindən işıqlandırılıb və səfir K.Xasiyev "HRT 1"-ə müsahibə verib.Təqdimat mərasimi tədbir iştiakçılarının şərəfinə verilmiş ziyafətlə başa çatıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol