• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Əzizbəyli yeriməyəcək- Reportaj+Fotolar

Ramiz Əzizbəyli yeriməyəcək- Reportaj+Fotolar
11.03.2014 22:40
Ramiz Əzizbəyli yeriməyəcək, şüuru isə bərpa oluna bilər, amma pulu olsa...“Necəsiniz?”... Əlinin arxasiyla ayağına vurur: “Belə kişi olmaz...olmadı bu” . Rabitəsiz, anlaqsız... Və ardıyca da:-  Beləəəəə.....Buuuuu....o qızzzzz, həəəə, APA-da o veriliş...həəə...qəşəngdi?... getir penceyimi giyinim ordadu.....oturmuram....ala apar... Bu anlaşılmaz fikirlərin arasında bircə o cümləsini aydın, dəqiq, səlis tələffüz elədi. Sonra yenə “həəə...Jaləəəə, məəən...”  və sair bu kimi sözlər. Dedi və yatdı. Yanında növbə ilə qalan qohumlarından biri, qardaşı oğlu Vaqif ona təəccüb və təəssüflə baxdığımı görüb dillənir- Hələ indi yaxşıdır xanım. Nə görmüsünüz ki? - Yanına gələn varmı? - Hə olur, Müşfiq müəllimgil gəlmişdilər, “Azərfilm”dən, bir də Mədəniyyət Nazirliyinin kino şöbəsindən bir adam göndərmişdilər. Arif Quliyev, Şamil müəllim gəlmişdilər. Tələbələrindən baş çəkən var. Adamlar, dostlar gəlirlər. - Yardım edən necə? - Nazirlik yox, amma Müşfiq müəllimgil cüzi ödəniş elədilər, yardım kimi yəni. - Bəs indi xərclərini kim çəkir? - Özümüz. - Çox vəsait tələb olunurmu? - Əlbəttə, ağır xəstəlikdir. Çox pul tələb olunur, çətindir amma eləyir ailəsi. Borcumuzdu. - Həkimləri nə deyir? - Onlar həmişə ümid verirlər. Amma biz bilirik ki, yaşasa da əvvəlki Ramiz əmim olmayacaq. - Bəs ailəsindən niyə kimsə yoxdur?- Hər gün burda olurlar. Qohumlar növbələşib qalırıq yanında. Bir gün bibi oğlu qalır, bir dəfə mən. Əsas narahatlıqları gecələr olur. Biz İçərişəhərliyik. Yəni adətlərimiz, qaydalarımız var. Gecə qadının xəstəxanada qalması olmaz. Özü də xəstə kişidirsə. Hələ varıq, ölməmişik axı.- Deyəsən yaxşı əmi olub.- Ona borcumuz çoxdur. Amma belə ödəmək istəməzdik. Həmişə yanımızda olub. İndi boşluqdadır adam elə bil. Ağır gəlir. O, belə kişi deyildi ki, gərək başqa cür olaydı. Amma qismətdir, nə deyəsən. İndi hər nəfəsinə görə şükür edirik.İçəri girən tibb bacısı, “Ramiz müəllim oyanın, oyanmaq zamanıdır” deyir. Sonra Vaqifə sarı dönür:- Qoymayın yatsın, sonra bütün gecəni oyaq qalır. Narahat olur, səhhətinə ziyandır.Astadan soruşuram:- Nə narahatlığı olur ki?- Bilirsiz, proses beyində gedir. Ayılan kim aqresivləşir. Uzun müddət yataq, yorğanla arası olmayıb deyə, hirsli olur. O üzdən sakitləşdiricilər vurulur ki, yatsın. Özünə artıq ziyan vurmasın....Amma oyanmaq istəmir. Televizoru yandırırlar. Səsini son həddə qaldırırıq. Ramiz müəllim isə yuxulu-yuxulu qışqırır. “Yooox”. Və oyanmır, istəmir. Vəssalam!... Azərbaycan Dövlət Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə alır Ramiz Əzizbəyli. Klinikanın direktoru Surxay Musayevdən onun durumunu soruşuram. Uzun və tibbi terminlərlə dolu dildə yox, sadə dildə deyəcəm: beynin iki hissəsində iki dəfə ağır insult keçirib. Birincidə əli və ayağında quruma baş versə də, təkrar və eyni nahiyədə baş verən ikinci insult, həm də vaxtında xəstəxanaya çatdırılmaması onu ağır vəziyyətə salıb. Hazırda nitqində problemləri var. Rabitəsiz danışır. Fikrini ifadə eləməkdə çətinlik çəkir. Hadisələri qarışdırır. Ötən illərdə olan bir şeyi bu gün yaşayırmış kimi danışır, əsəbiləşir. Bəzən adamları tanıyır, bəzən tanımır. Lazımı tələbatlarını ödəmək üçün nə yataqdan dura, nə də yeriyə bilir. Bəli, həkimlər və ailəsi ona bütün diqqəti qayğını göstərirlər.Bəli, adam aqressivdir, çünki zamanındı hamıya uzatdığı əli indi havada qalıb, tutan yoxdur!Bəli, adam səbirsizdir, nə qədər qapıya baxıb ümidə bel bağlamaq olar!Bəli, adam utanır, nə zamana kimi özü öz tələbatlarını ödəmək üçün uşağı yerində sanitar xidmətçilərdən yardım alacaq!Surxay həkimsə deyir ki, səhhətində baş verən bu proses Ramiz müəllimin xarakterinə və həyat tərzinə uyğun deyil. Və belə sərtliyi, aqressivliyi sadəcə ziyanına işləyə bilər. Həkim maddi durumu nəzərə alınaraq Ramiz Əzizbəyliyə pullu xidmətlərdə böyük güzəştlər edildiyini də bildirir.- Bunu minnət kimi demirik, bizim borcumuzdur. Ancaq onun müalicəsi və lazım olan vasitələr, dərman pereparatları bahalıdır. Bizim xəstəxana isə təsərrüfat hesablıdır, yəni xidmət pullu olmasa, özünü dolandıra bilməz. O üzdən biz ödənişlərdə tam deyil, qismən güzəştə gedə bilirik.Surxay Musayev onu da deyir ki, reanimasiyadan çıxması, yaşayacağına ümidi artırıb. Amma heç olmasa nitqinin və fiziki qalibiyyətinin bərpası uzun çəkəcək. Və təbii ki, buna da vəsait tələb olunacaq....Mən palatanı tərk edənə qədər o yuxudan oyanmadı. Amma o yan bu yana qıvrılmasından narahat olduğu sezilirdi. Bir də yazı çox sevdiyi üçün yaxınları səməni də cücərdib gətirmişdilər ona...Bayaqkı rabitəsiz sözlərin arasında bir sual işlətmişdi: “Qəşəngdi?”Bir şey anlamadığımı görüb əlini yelləmişdi mənə...və gülümsəmişdi. İndi anladım ki, o səmənini soruşurdu məndən. Cavab verə bilməmişdim. Amma cavab verəsi olsaydım, “hə, qəşəngdir” deyəcəkdim. Və onu da deyəcəkdim ki, Ramiz müəllim, o sizin ümidinizdir, hələ cücərir... İnanmaq istəyirəm, yox, lap elə inanıram ki, biz sizinlə gələn bayram yenə görüşəcəyik...Allah qoysa!!! //Lent.az

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol