• $
  • €
  • ₽
  • ₺
  • £

Olmayan kinonun bayramından danışmaq olmaz - Aktyorlar və rejissorlar gileylənir...

Olmayan kinonun bayramından danışmaq olmaz - Aktyorlar və rejissorlar gileylənir...
02.08.2023 16:59
2 avqust- Azərbaycan kinosunun 125 yaşı tamam olur. Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. 2001-ci ildən mərhum prezident Heydər Əliyevin sərəncamı ilə avqustun ikisi Azərbaycan Milli Kino günü kimi rəsmiləşdirilib.
 
Azərbaycanlı aktyor və rejisorlar kinonun bu günki vəziyyətindən danışıblar. 

Ölkədə kino işçilərinin peşə bayramı Azərbaycan Respublikasının eks-prezidenti Heydər Əliyev Sərəncamı ilə 2000-ci il 18 dekabr tarixində təsis olunub.
 
Aktyor Kamran Ağabalayev hesab edir ki, Azərbaycan kinosu ümumiyyətlə "yoxdur".
 
"Olmayan şeyin bayramını necə qeyd edirik? Ordan burdan eşidirik ki, kino sahəsinə maliyyə ayrılır. Ancaq hara və necə xərclənir bilmirəm. Özünü təsdiq edən rejissorlar var. Sadəcə ordan-burdan tapılan kiçik büdcələrlə ancaq bu qədər olur.  Çox güman ki bizə kino lazım deyil. Kənardan fikir bildirmək asandır. Tamaşaçılar deyirlər ki, keçmişdə daha istedadlı  aktrisa və aktyorlar var idi. Elə deyil ax... Aktyorluq asan peşə deyil. Ancaq bu işin içində olanlar bu işin çətinliyindən danışa bilər. Keçmişdə dövlət çəkilən filmlərə nəzarət edirdi. Belə çıxır ki, keçmişdə dövlətə film lazım idi, indi isə lazım deyil",- aktyor bildirib. 
 
Rejissor Tahir Tahiroviç söyləyir ki, Azərbaycan kinosunda çatışmayan tək şey inzibatçılıqdır.
 
"Kinonun 20-30 ildə senari, rejissor, operator, texnika baxımından problemi yoxdur. Yəni dünyanın sayılıb seçilən rejissorları hansı infrastrukturdan  istifadə edirlərsə, o bizdə var. Bizdə çatışmayan şey inzibatçılıqdır. İdarəetmə yoxdur. Bu da kino sahəsinə böyük ziyan vurur. Bu sahəni idarə edənlər bir-birləri ilə yola getmirlər və birinin sözü digərinə xoş getmir. Nəticədə Azərbaycan kinematoqrafçıları əziyyət çəkir. 100 yaşa qədər gəlmişik. Guya 102 olsa, nə dəyişəcək, 103 olsa nə dəyişəcək?",- rejissor vurğulayıb.

 
Aktyor Kamran Yunis da Azərbaycanda kino fəaliyyətinin uğursuzluğundan gileylənib.
 
"Özümüzu aldatmaqdan başqa birşey deyil. Azərbaycanda iqtisadiyyat düzəlməsə, iqtisadiyyatda olan monopoliya aradan qalxmasa kinonun inkişafından söhbət gedə bilməz. Kino sahəsində heç bir irəliləyişin olmasını gözləmirəm, heç mümkün də deyil. Bu gün kinoya xərclənən pullar boşuna gedir. Sanki çirkli pullar yuyulurmuş kimi...Amma əsla belə olmalı deyil. Dövlət də kinodan gəlir əldə etməli idi. 10 manata "Lamborghini" maşını olmadığı kimi, 2 milyona da kino çəkilməz. Ayıb deyə bir şey var. O məbləğə çəkə bilərlər, ancaq ona buna fırıldaq gələrək. Eyni şeylər seriallarımıza da aiddir. Ancaq Türkiyədəki serial zavodu kimi olmayacaq. Azərbaycan da yetərincə istedadlı aktyor və aktrisalar var. Adicə dublaj üçün pulumuz yoxdur. Nəyi qoyub, nəyi danışırıq'',- aktyor əlavə edib.
 
"Fs Film Company" şirkətinin Baş direktoru, kinorejissor Faiq Nağıyevin fikrincə, film sahəsində problemlərin başlıca səbəbi ayrılan vəsaitdir.
 
"Son dövrlərdə Azərbaycan kinosunda problemlər mövcuddur. Problemlərin başlıca səbəbi isə filmlər üçün ayrılan vəsaitlərdir. Dövlət tərəfindən ayrılan büdcə düzgün paylaşılmır. Son zamanlar Mədəniyyət Nazirliyində baş verən dəyişikliklər öz effektini verdi. Yeni gələn kadrlar kinoya teatra diqqət ayırdılar. Hiss olunur ki, artıq canlanma var. Əvvəlki dövrlərdə çəkilən filmlərlə indiki dövrdə çəkilən filmlər arasında fərq var. Həmin dövrdə dövlət tərəfindən maliyyələşirdi və nəzarət olunurdu. Hazırda isə özəl şirkətlər öz güclərinə nə bacarırlarsa, onu çəkirlər. Kinolarda təkcə rejissor, operator, montajçıdan asılı olmayan məsələlər də var.  Məsələn aktyorun o qədər problemi var ki, gəlib setdə oynadığı obrazı yox, evindəki problemləri düşünür. Bunların başlıca səbəbi maddiyyatdır. Pis aktyor yoxdur, pis rejissor var. Aktyoru oynada bilməyən rejissordur",- kinorejissor bildirib.
 
Azərbaycanda ilk səsli kinonun istehsalına 1935-ci ildə "Mavi dənizin sahilində" bədii filmi ilə başlandı. Səsli kinonun yaranması ilə sənədli Azərbaycan kinosunun da yaradıcılıq imkanları genişləndi. 1936-cı ildə görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin sovet kinosundan tərcümə etdiyi "Çapayev" filminin Azərbaycan dilində səsləndirilməsi ilə kino sənətində dublyajın əsası qoyuldu.

İlk filmlər fotoqraf, rejissor, ssenarist, operator və naşir Aleksandr Mişon tərəfindən çəkilmiş xroniki süjetlərdən ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi. 1900-cü ildə Parisdə keçirilən Ümumdünya Kino Sərgisində "Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" xronikaları nümayiş etdirildi. 1935-ci ilədək Azərbaycanda səssiz filmlər çəkilsə də, onlar həm sənədli, həm də bədii film janrlarında idi.

Azərbaycanda 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. 

Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış "Qız qalası” bədii filmi olub. 1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək "Azdövlətkino”, "Azərkino”, "Azərfilm”, "Azdövlətkinosənaye”, "Bakı kinostudiyası”, "Azərbaycanfilm” adlandırılıb. 
 
Aytac Zeynalova


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol