• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “TeatrPlyus” saytı yaradıldı

Azərbaycanda “TeatrPlyus” saytı yaradıldı
10.03.2014 16:01
Bu gün Azərbaycanda teatr sənətinə həsr olunmuş “TeatrPlyus”  (www.teatrplyus.az) adlı yeni mədəniyyət və incəsənət portalı istifadəyə verilib. Layihənin fəaliyyətində başlıca məqsəd, teatr sənətinin təbliği, ölkədə və dünyada baş verən teatr prosesinin fiksasiyası,  eləcə də mədəniyyət və incəsənətin digər sahələrini əhatə edən məlumatları oxucularla bölüşməkdən ibarətdir. Dünya təcrübəsi göstərir ki, teatr prosesini işıqlandıran dərgilər, o cümlədən elektron nəşrlər teatr sənətinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.  Bu baxımdan dünya teatrının müsbət örnəklərindən faydalanaraq tərtib edilmiş “TeatrPlyus” portalı ölkəmizdə teatr jurnalistikası sahəsində mövcud  boşluğun aradan götürülməsinə göstərəcəyi xidmətlərilə Azərbaycan teatrının inkişafında da müəyyən rol oynayacaq. “TeatrPlyus” (www.teatrplyus.az) saytı fərqli, yaradıcı dizaynı ilə yanaşı, həm də yerləşdirilən materialların maraqlılığı, operativliyi və eksklüzivliyilə seçiləcək. Hərəkətli dizayn prinsipinə müvafiq hazırlanmış saytın yuxarı panelindəki elementlər, incəsənətin müxtəlif sahələrini simvolizə edir. Adından da göründüyü kimi, veb-sayt təkcə teatr sənətini deyil, eyni zamanda bütünlükdə incəsənəti, mədəniyyəti əhatə edir. Saytın  PLYUS bölməsində ədəbiyyat, kino, musiqi, təsviri sənət, turizm, şou-biznes sahələri üzrə də məlumatlar yerləşdiriləcək.  Habelə, Multimedia bölməsi var ki, bu da istifadəçilərə teatr sənətinə dair nadir Audio, Video və Foto nümunələrilə tanlşlıq imkanı qazandırır. Daim zənginləşəcək Kitabxana bölməsi isə sənətsevərlər üçün əsl hədiyyə hesab oluna bilər. Bu bölmədə teatr sənətinə, eləcə də mədəniyyətin digər sahələrinə həsr olunmuş azərbaycan, rus və ingilis dilində kitablar yerləşdirilib. Saytın mütəmadi şəkildə yenilənməsi və təkmilləşdirilməsi planlaşdırılır.   Qeyd edək ki, gələcəkdə TeatrPlyus internet televiziyasının da yaradılması nəzərdə tutulub. Kult.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol