• $
  • €
  • ₽
  • ₺
  • £

“Qanun” Nəşriyyatının cərimələnməsi ilə bağlı tədbir

“Qanun” Nəşriyyatının cərimələnməsi ilə bağlı tədbir
07.03.2014 16:00
 Azərbaycan Yazıçılar Birliyində (AYB) “Qanun” Nəşriyyatının Vergilər Nazirliyi tərəfindən 150 min manat cərimə olunmağı ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev, millət vəkili Fazil Mustafa, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli, yazıçılar, tərcüməçilər və başqaları iştirak edib. Çingiz Abdullayev bildirib ki, tədbirin keçirilməyində əsas məqsəd nəşriyyatı müdafiə etməkdir: "Bu nəşriyyat son illər kitab bazarının canlanmasına, mütaliə mühitinin yaradılmasında böyük işlər görür, gözəl kitablar çap edir. Bütün ziyalılar nəşriyyata kömək etməlidir. Azərbaycan Yazıçılar Birliyi də bu məsələdə "Qanun" nəşriyyatını müdifiə edir". Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu bildirib ki, cərimənin ləğv olunması ilə bağlı yazıçılardan, oxuculardan, ölkə başçısından yardım istəyirlər: “150 min manat cərimə bizim nəşriyyata oxunan ölüm hökmüdür, həmin məbləği ödəmək iqtidarında deyilik". Millət vəkili Fazil Mustafa qeyd edib ki, ehtiyac olarsa, məsələ ilə bağlı Milli Məclisin köməyindən istifadə etmək olar: “Kitabın üzərindən ƏDV-nin götürülməsi ilə bağlı biz millət vəkilləri adından prezidentə müraciət etdik. Lazım olarsa, bu məsələdə də kömək etməyə hazırıq”. Tədbirin sonunda Azərbaycan ziyalılarının, yazıçılarının, şairlərinin, tərcüməçilərinin, redaktorlarının, kitab yaradıcılığı, istehsalı və satışı ilə məşğul olan digər şəxslərin adından prezident İlham Əliyevə müraciət qəbul edilib. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol