• $
  • €
  • ₽
  • ₺
  • £

Maykl Bolton Bakıya gəlir

Maykl Bolton Bakıya gəlir
07.03.2014 13:01
    Aprelin 19-da məşhur amerikalı müğənni Maykl Bolton Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində solo-konsert proqramı ilə çıxış edəcəkMərkəzdən Trend-ə verilən məlumata görə, rok-balladaları ilə bütün dünyada şöhrət qazanmış tanınmış bəstəkar və ifaçı həmin gün azərbaycanlı tamaşaçılar üçün ən sevilən və yeni mahnılarını səsləndirəcək.Əsl adı Mixail Bolotin olan 60 yaşlı, rus əsilli müğənni ABŞ-da doğulub və böyüyüb.Bolton uğurlu ifaçılıq karyerası ilə yanaşı, həmçinin ABŞ-ın ən məhsuldar bəstəkarlarından biri kimi tanınır. O, Bob Dilan, Lеdi Qaqa, Dayan Vorren, Devid Foster, Fil Rаmon, Barbra Streyzand, Con Lecend, Jay Z və "Kiss" qrupu kimi dünya ulduzları üçün mahnılar yazıb."Qremmi" mükafatı laureatı Maykl Boltonun albomları dünya üzrə 53 milyon nüsxədən artıq satılıb. Hollivudun "Şöhrət xiyabanı"nda adına ulduz olan Maykl Boltonun repertuarında sevgi balladaları üstünlük təşkil edir. "Can I Touch You...There?", "How Am I Supposed To Live Without You", "Love is a Wonderful Thing", "Missing You Now" onun ən məşhur mahnılarındandır.Maykl Boltonun Luçano Pavarotti, Xose Karreras, Plasido Dominqo, Rene Fleminq, B.B.Kinq kimi ulduzlarla duetləri milyonların sevgisini qazanıb.Maykl Boltonun musiqilərini bir çox məşhur film və seriallarda da eşitmək mümkündür. Onun "Herkules" animasiya filmində səslənmiş "Go The Distance" kompozisiyası "Oskar" mükafatına nominant olub.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol