• $
  • €
  • ₽
  • ₺
  • £

Kiçik, amma böyük məkandan reportaj - Bizim "ZERO"

Kiçik, amma böyük məkandan reportaj - Bizim "ZERO"
07.03.2014 09:56

“Zero” kitab evinin rəhbəri Zahir Əzəmət: “Hər ay 300-500 manat ziyan edirik, amma insanların kitab oxuması üçün buna dözürük”

Son 2 aydır gənclərin, eləcə də yazarların sevimli məkanınaçevrilmiş “Zero” kitab evində olduq. Sabir bağı ilə üzbəüz binanınzirzəmisində yerləşən, kiçik, amma xoş abu-havası olan kitab eviqonaqlarla dolu idi. 
Kitab evinə daxil olarkən bizi məkanın sahibi Zahir Əzəmətqarşıladı. Kitab evi, nəşrlərlə bizi tanış edən Z.Əzəmət bu gün 2 kitabtəqdimatının keçirildiyini bildirdi:
“Bu gün xeyli məhsuldar olub. Ülviyyə Tahirin “Üzü cəhənnəmə”adlı, Qarabağ müharibəsindən bəhs edən kitabı və Şəhriyar Del Geraninin“İntihar hörüyü” kitabının təqdimat mərasimi keçirildi. Demək olar ki,hər şənbə və bazar günləri burada müxtəlif kitabların təqdimatı mərasimikeçirilir”.
Bizim, eyni zamanda qonaqların diqqətini çəkən məqam isə kitabevinin kiçikliyi idi. Bu barədə fikrilərini bildirən Z.Əzəmət buranınxeyli kirayə haqqının olduğunu və hələ ki ziyana işlədiklərini bildirdi:“2 aydır fəaliyyət göstərməyimizə baxmayaraq, hələ ziyana işləyirik.Mağaza yaxşı yerdə olmasına rəğmən gözlədiyimiz qədər müştəri yoxdur.Lakin ziyan elə də çox deyil. Təxminən 300-500 manat. Bizim məqsədimizonsuz da pul qazanmaqdan ibarət deyil. Biz insanların kitaba, mütaliəyəalışması üçün çalışırıq. Buranı oxucuların sevə biləcəyi bir məkanaçevirmək istəyirik. Həmçinin əsas məqsədimiz odur ki, öz mərkəzimizolsun. Axı biz həm də kitab istehsal edirik. Odur ki, öz satışnöqtəmizin olması vacib nüansdır. Çünki, bu, zəncirvari sistemdir”.
- Sizdə kitabların elektron vasitə ilə əldə olunması mümkündür? Bu ideyanın tətbiqi necədir?
- “Alo kitab” vasitəsilə sifarişləri qəbul edirik. Facebooksosial şəbəkəsində səhifəsi, ayrıca saytı var. Bakı və Sumqayıtşəhərlərinə kitablar 3 gün ərzində öz qiymətinə çatdırılır. Lakinrayonlara aparıldıqda 2 manat yol haqqı tələb olunur. Biz bunu yayımşirkətlərinin biri ilə reallaşdırırıq. Bu işdən qazancımız olmur. Əldəolunan məbləği yayım şirkətinə veririk. Bizim burada qazancımızinsanların maariflənməsidir. Hətta Bakıda olmayan kitabları internetvasitəsilə Türkiyədən, Rusiyadan gətirdirik. Təki oxucu kitab istəsin,bir yolla əldə edib həmin kitabı o şəxsə çatdırırıq. 
Bu əsnada bir bəy kitab evinə daxil olaraq, mərkəzinəməkdaşlarından olan Anar Orucovdan xərçəng xəstəliyindən əziyyət çəkənNərmin üçün lazım olan kitabları verməsini istədi. Kitab rəflərininbirində Nərminin şəkli olan ianə qutusu da gözümüzə dəydi. Bu barədədanışan Zahir bəy, dedi ki, Nərminə dəstək olmaq üçün öz nəşrləriniyarmarkada satışa çıxardıblar. Nəticədə əldə olunan bütün pullarNərminin müalicəsi üçün bağışlanıb. 
Alıcıların əsas qismini hansı yaş qrupuna aid olan kəslərdənibarət olduğunu xəbər aldıqda, Z.Əzəmət bildirdi ki, daha çox gənclərkitaba meyl göstərir:
“Kim deyirsə ki, gənclər kitab oxumur, onlar yanılır. Çünkialıcılarımın böyük hissəsini gənclər təşkil edir. Sevindirici haldır ki,2000-ci ildən başladığımız bu iş artıq öz bəhrəsini verir. Bizimprioritetlərimiz daim kitaba aid ideyaların real, əyani nümunələrinigöstərərək, inkişafına zəmin yaratmaqdır. “Alma” qəzetində kitabəlavəsini biz etmişik. “Mərkəz” qəzetində ədəbiyyat səhifəsini yazmışıq.Kult.az saytını təsis edərək ədəbiyyat saytının da oxuna biləcəyinisübut etdik. Ümumiyyətlə kitabın, ədəbiyyatın təbliği bazariqtisadiyyatında zəncirvari sistem təşkil edir. Misal üçün, Türkiyəninnüfuzlu “Doğan” agentliyini göstərə bilərik. “Doğan”ın həm televiziyası,həm informasiya portalları, böyük maliyyə kanalları mövcuddur.Sevindirici haldır ki, son zamanlar azərbaycanlı oliqarxların da busahəyə marağı artıb. 
- Bu maraq kitab sektorunda da monopoliyanı formalaşdırıb?
- Xeyr. Çünki, burda nə var ki, nə də monopoliya olsun. Əgərböyük biznesmenlər bu işə böyük miqdarda maliyyə ayırsalar onda sektorgenişlənər. Amma hazırkı zamanda kitab biznesi böyük pulları özündəcəmləşdirmir. Çünki, bizim o dərəcədə sərmayəmiz yoxdur. Amma bütünbunlara baxmayaraq pessimist deyiləm hadisələrə nikbin yanaşıram. Mən2000-ci ildə Bakıya gələndə heç kəsi tanımırdım, heç kəs də məni. 3 günvağzalda qaldım, sonralar isə səyyar qəzet satırdım. Yəni hər şey yaxşıolacaq, əmək sərf edilən yerdə irəliləyiş labüddür.

“2000-ci ildə Bakıya gələndə heç kəsi tanımırdım, heç kəs də məni. Üç gün vağzalda yatdım, sonra səyyar qəzet satmağa başladım” 

- Bizim cəmiyyətdə kitaba qarşı ümumi marağın az olmasının səbəblərini nədə görürsünüz?
- O cəmiyyətlərdə insanlar oxuyur ki, onlar hansısa mövqeni kitaboxumaqla əldə edəcəklərini anlayırlar. Rüşvətlə təhsil almırlar,vəzifəyə tapşırıqla deyil, savadları ilə düzəlirlər.  Həm də biz kasıbinsanlar cəmiyyətdə kitaba marağı oyada bilmərik. Gərəkdir ki, bir dəfəhansısa nazirin əlində kitab olsun. Camaat dərhal gedib o kitabdanalacaq ki, görüm  nə yazılıb. 
- Son illərin kitabları çox keyfiyyətsizdir. İki insan oxuyankimi vərəqləri dağılır, kitab yararsız hala gəlir. Buna səbəb nədir?
- Səbəb odur ki, texnologiya yoxdur. Rəqəmsal üsulla çap olunmaaparatlarının ölkəyə gətirilməsi, onların özünün qiymətləri bizlər üçünçox bahadır. Ala bilmirik. Hələ də ofset üsulundan istifadə edərək kitabçıxardırıq. Yəni kitabın vərəqləri, üz qabığı ayrı-ayrılıqda çap olunubhazırlanır və daha sonra yığılır. Kitabın vərəqlərinin dağılması isəistifadə olunan kleyin keyfiyyətsizliyindədir. Ola bilsin ki, sahibkaryaxşı kley alıb, lakin əlavə pul qazanmaq üçün işçi kleyə su qatıb. Bukimi hallar var. 
- Bu 2 ayda ən çox hansı kitablar satılıb?
- Öz nəşrimiz olan Kamran Qasımovun “Mirassız varislər” kitabı azzamanda yaxşı satıldı. Yusif Vəzir Çəminzəminlinin “Studentlər”i, CavidZeynallının “Leyla”sı, eyni zamanda dünya klassiklərinin kitabları çoxsatılır. 
Sonda Zahir bəy “Zero” kitab evindən yadigar olaraq dünyacaməşhur “Ovod” əsərini bizə hədiyyə etdi. Beləcə gələcək fəaliyyətlərindəuğur diləyərək, məkanı tərk etdik.
Fəridə Abdıyeva
Fotolar müəllifindir
musavat.com

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol