• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il üçün Azərbaycanın Xalq Yaradıcılığı paytaxtlarının təqdimatı keçirilib

Bu il üçün Azərbaycanın Xalq Yaradıcılığı paytaxtlarının təqdimatı keçirilib
04.03.2014 20:46
2014-cü il üçün Azərbaycanın Xalq Yaradıcılığı paytaxtlarının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə Qəbələ, Balakən və Abşeron rayonu Xalq Yaradıcılığı Paytaxtı elan edilib.Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ilin ənənəsinə uyğun olaraq, Xalq Yaradıcılığı paytaxtları elan olunur. Onun sözlərinə görə, layihənin həyata keçirilməsində məqsəd folklor, diyarşünaslıq və sənətkarlıq kimi qeyri-maddi mədəni irsin qorunması və təbliğidir. Nazir deyib ki, 5 il öncə başlanmış bu layihəyə hazırda maraq artmaqdadır: “Artıq rayonların arasında rəqabət də görünür. Bu layihə 5 il müddətinə nəzərdə tutulub, lakin əldə olunmuş nailiyyətlər, müraciətləri nəzərə alaraq, yəqin ki, yaxın günlərdə kollegiyanın qərarı ilə bu layihəni 5 il də uzada biləcəyik. Çünki Azərbaycanın qeyr-maddi irsi daha zəngindir. Biz qeyd etməliyik ki, layihə insanların gündəlik həyatında iz buraxıb və gələcəyə daha da ümidlə baxmağa imkan verir. Layihə qeyri-maddi irsin saxlanmasına böyük əhəmiyyət verir. Bu proqramların digər regionlarda da davam etdirilməsi nəzərdə tutulur”. Nazir qeyd edib ki, Azərbaycanın təqdim etdiyi nominasiyalar həmişə beynəlxalq dəstək alır. Ə. Qarayev bildirib ki, Azərbaycanda keçmiş SSRİ dövründən fəaliyyət göstərən klubların tədricən istiqamətinin dəyişdirilməsi və Xalq Yaradıcılığı Mərkəzinə çevrilməsi xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, “Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına dair” Dövlət Proqramına uyğun olaraq, müvafiq işlər görülür. Sonra layihəyə uyğun olaraq, Qəbələ “Azərbaycanın Əfsanələr Paytaxtı”, Balakən “Azərbaycanın Folklor Paytaxtı” və Abşeron “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilib. Qeyd edək ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı təsdiq olunub. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol