• $
  • €
  • ₽
  • ₺
  • £

“Miss Eurovision” gözəllik müsabiqəsinin seçim turlarına start verildi - FOTOLAR

“Miss Eurovision” gözəllik müsabiqəsinin seçim turlarına start verildi - FOTOLAR
01.03.2014 13:05
Gələn il bu müsabiqənin ölkəmizdə keçirilməsi planlaşdırılır.“Miss Eurovision” Beynəlxalq gözəllik müsabiqəsinin münsiflər  heyəti ölkəmizi Avropada təmsil etmək üçün model  xanımlar seçdi.Oxu.Az xəbər verir ki, ötən gün saat 15.00-da “Avropa” otelində dünyaca məşhur “Miss Eurovision” Beynəlxalq gözəllik müsabiqəsinin ilk seçim turu oldu.“Eurovision” mahnı müsabiqəsi  qədər önəmli olan “Miss Eurovision” gözəllik yarışmasında münsiflər heyəti  layihənin təşkilatçısı, “High Life Fashion & Model Academy”-nin baş direktoru Aqil Məmiyev, layihənin rəhbəri, modelyer, “High Life Fashion & Model Academy”-nin prezidenti Mübariz Allahverdizadə,  müğənni Zamiq Hüseynov,  aparıcı Nərgiz Cəlilova, Türkiyədən rəsmi nümayəndə Turan İşıqlı, müğənni Nura Suri, aparıcı Şəhriyar Əbilov, aktrisa Hüsniyyə Mürvətova, model Oksana Rzayeva  və  “Miss Eurovision 2013”-ün Azərbaycan təmsilçisi, model Anastasiya Berndən ibarət idi. Qeyd edək ki, münsiflərdən yalnız Nura Suri dünənki seçim turuna qatılmamışdı.Tədbirin aparıcısı dj Elvin Məmmədov idi.Qeyd edək ki, gələn il bu müsabiqənin ölkəmizdə keçirilməsi planlaşdırılır.Aqil Məmiyev Oxu.Az-a açıqlamasında qeyd etdi ki, bu müsabiqəyə yalnız  sadə insanlar qatılmayıb. Məşhur model və aktrisalar da kastinqdə iştirak etmək üçün müraciət ediblər.Birinci turun ikinci kastinqi martın 8-i saat 15:00-da baş tutacaq. Hər iki kastinqdə seçilən modellər ikinci tura vəsiqə qazanacaq.Kastinq Azərbaycanın ən baxımlı kanalı olan ATV-də, final isə əlavə olaraq həm də Türkiyənin Kral TV telekanalı tərəfindən işıqlandırılacaq.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol