• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “Bizim Teatr” festivalı keçiriləcək

Bakıda “Bizim Teatr” festivalı keçiriləcək
22.02.2014 16:59

Bakı Uşaq Teatrı “Bir teatr - bir festival” layihəsi çərçivəsində ikinci festivalını keçirməyə hazırlaşır.

 

Teatrdan verilən məlumata görə, “Bizim Teatr” adlandırılan festivalın 2014-cü il martın 27-29-da  Bakıda keçirilməsi nəzərdə tutulur.

 

Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə baş tutacaq festivalın məqsədi hər bir aktyorun diqqət mərkəzində olmasına şərait yaratmaq, onlara öz bacarıqlarını nümayiş etdirmək üçün meydan vermək, Azərbaycanda festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır.

 

Xatırladaq ki, Bakı Uşaq Teatrının daxilində 2011-ci ilin oktyabr ayında monotamaşalar festivalı keçirilib. Hazırda Bakı Uşaq Teatrında çalışan hər aktyor ikinci festival üçün öz tamaşasını hazırlayır. Onlardan bəziləri mono-tamaşa, bəziləri isə iki və daha artıq aktyorun iştirakı ilə qurulan tamaşalardır. Festivalda iştirak üçün janr məhdudiyyəti qoyulmayıb və aktyorlar dünya klassiklərindən tutmuş müasir Azərbaycan ədəbiyyatına qədər müxtəlif əsərlərə müraciət ediblər. Ümumilikdə klassik, pantomim, eksperimental və s. olmaqla 13 tamaşa üzərində iş gedir. Festivala yalnız birinci mərhələdən (daxili baxışdan) keçən tamaşalar buraxılacaq.

 

Festivalın açılışı 27 Mart - Beynəlxalq Teatr Günündə Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa zalında olacaq. Ümumiyyətlə, “Bizim Teatr” festivalı çərçivəsində bütün tamaşalar TXİ-nin tamaşa zalının səhnə və foyesində nümayiş etdiriləcək.

 

Festivalın Təşkilat Komitəsindən verilən məlumata görə, festivala qonaq qismində Türkiyə, İran, Gürcüstandan da teatr kollektivlərinin qatılacağı gözlənilir.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol