• $
  • €
  • ₽
  • ₺
  • £

Pamuk həbsdəki islamçıya dəstək oldu

Pamuk həbsdəki islamçıya dəstək oldu
18.02.2014 20:05
Nobel mükafatlı türk yazıçısı Orxan Pamuk ömürlük həbsə məhkum edilmiş islamçıya dəstək verib.O, terrorçuluqda təqsirkar bilinmiş Salih Mirzabeyoğlunu özünün “Qar” romanındakı Lacivərd obrazına bənzədib.“Bəzi islamçılar cinayət işlədi, amma o işləmədi. Buna rəğmən illərdir barmaqlıqlar arxasındadır” – deyə yazıçı “New York Times” qəzetinə bildirib.O, bu sözləri qəzetin müxbiri Joshua Hammer-i İstanbulda gəzdirərkən yollarının üstündəki Fatih Camesinin divarında “Mirzabeyoğluna azadlıq!” yazısını görəndən sonra deyib.Hammer “New York Times”da yazır ki, Orxan Pamukun “Qar” romanının əsas qəhrəmanlarından olan, terrorçu şəbəkənin lideri olmaqda günahlandırılan Lacivərd obrazının prototipi həm də Mirzabeyoğludur.2002-ci ildə çap edilmiş “Qar” romanındakı Lacivərd terrorçu kimi axtarışda olsa da, onun terror törədib-törətmədiyi bəlli deyil.O, Qərb və qərbpərəstlər əleyhinə ən sərt çıxışların, çağırışların müəllifi olsa da, konkret olaraq kimisə öldürdüyü sübuta yetirilməyib. Mirzabeyoğlu da Türkiyədə bu cür çıxışlarıyla hakimiyyətdə olan sağçıları qəzəbləndirmişdi.Salih MirzabeyogluSalih Mirzabeyoglu1991, 1998-ci illərdə həbs edilsə də, sonradan azadlığa çıxmışdı. 2001-ci ildə həbs olunaraq İslami Büyük Doğu Akıncıları Cephesi (İBDA/C) şəbəkəsinin lideri olmaqda günahkar bilinmiş, edam cəzasına məhkum edilmişdi.Amma ölüm hökmü ləğv ediləndən sonra cəzası ömürlük həbslə əvəzlənmişdi. Tam adı Salih İzzet Erdişdir. Kürd əsilli yazardır. 1950-ci ildə Erzincan-da seyid ailəsində doğulub.15 yaşında böyük türk şairi, islamçı Necip Fazıl Kısakürek ilə qarşılaşıb və nəqşbəndi təriqətinə qatılıb.Amma sonradan fikirayrılığına görə yolları ayrılıb. Yeri gəlmişkən, “Qar”dakı digər iki islamçının adı “Necip” və “Fazil”dir. Mirzabeyoğlunun azadlığa buraxılması üçün insan haqları təşkilatları da Türkiyə ədliyyəsinə müraciət edib – xəstə məhkumlardan biri kimi.Ona həbs edildikdən sonra işgəncə verildiyi də iddia olunur.azadliq.org
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol