• $
  • €
  • ₽
  • ₺
  • £

Minskdə Fikrət Əmirovun “Min bir gecə” baletinin premyerası

Minskdə Fikrət Əmirovun “Min bir gecə” baletinin premyerası
17.02.2014 15:17
Fevralın 14-dən 16-dək Minskdə, Belarus Dövlət Musiqili Teatrında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin premyerası olmuşdur.Quruluşçu baletmeyster, Azərbaycanın Xalq Artisti Mədinə Əliyevanın yeni əsrarəngiz xoreoqrafiyası, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərlik etdiyi simfonik orkestrin parlaq ifası, quruluşçu-rəssam İnarə Aslanovanın yaratdığı, Şərq dünyasının ruhunu təcəssüm etdirən rəngarəng dekorasiya və geyimlər belarus tamaşaçıları tərəfindən böyük coşqu və heyranlıqla qarşılanmışdır.Tamaşanın quruluşunda, həmçinin teatrın baş baletmeysteri, Belarus Respublikasının Xalq Artisti Vladimir İvanov, eləcə də quruluşçu-baletmeysterin assistentləri – Belarusun Əməkdar artistləri Janna Lebedeva və Olqa Serko, rəssam - Lyubov Sidelnikova, musiqi redaktoru - Azərbaycanın Əməkdar Artisti Samir Səmədov iştirak etmişlər.Tamaşada aparıcı partiyaları Belarus Dövlət Musiqili Teatrının solistləri, beynəlxalq müsabiqələr laureatları Sergey Qlux (Şəhriyar), İrina Voytekunas (Şəhrizad), Polina Qarunoviç (Zibeydə), İqor Qonçarik (dənizçi Sindbad), Dmitriy Lazovik (Ələddin), Mika Suzuki (şahzadə Budur), Vitaliy Borovnev (Cin), Mayk Partuş (Quldurların başçısı), Aleksandra Krasnoqlazova (Mərcanə) və Nikolay Umerenkov (Əlibaba) ifa etmişlər.Qeyd edək ki, “Min bir gecə” baletinin ifaçıları - Mayk Partuş (Fransa), Ririko İto, Mayuoko Ono və Mika Suzuki (hər üçün Yaponiya), İrina Voytekunas (Litva) müxtəlif ölkələri və qitələri təmsil etmişlər.Üç gün ərzində keçirilən bütün tamaşalar anşlaqla keçmişdir. Baletin hər bir nömrəsi sürəkli alqışlarla müşayiət olunmuşdur. Tamaşa başa çatdıqdan sonra dinləyicilər solistlərə, dirijor Əyyub Quliyevə, xoreoqraf Mədinə Əliyevaya və rəssam İnarə Aslanovaya öz məmnunluqlarını sürəkli alqışlarla bildirmişlər.“Min bir gecə” baletinin Minskdə premyerası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə keçirilmişdir. Tamaşanın premyerasında, həmçinin mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Belarus Mədəniyyət Nazirliyinin rəhbərliyi, Azərbaycanın Belarus Respublikasında səfiri İsfəndiyar Vahabzadə iştirak etmişlər.Xatırladaq ki, 2010-cu ildə Belarus Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının, 2013-cü ildə isə Belarus Dövlət Opera və Balet Teatrının səhnəsində Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası olmuşdur.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol