• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qalmaqallı roman çap olundu - "Mirassız Varislər"

Bakıda qalmaqallı roman çap olundu - "Mirassız Varislər"
13.02.2014 16:19

Gənc yazıçı Kamran Qasımovun "Zero" nəşriyyatında "Mirassız varislər" adlı tarixi mövzuda sənədli detektiv romanı dərc olunub.

Kəskin süjetli romanın mövzusunu Səfəvi hökmdarı Şah Abbasın bu günlərə qədər qorunan sirrinin üzə çıxması, İranın xüsusi xidmət orqanlarının bu sirrin izi ilə Azərbaycana gəlib çıxması və baş verən qanlı olaylardır...Rəmzkar alim Əyyub Yusifov, İran dövlətini fakt qarşında qoyacaq və Nadir şahın hakimiyyət tarixinin iç üzünü faş edəcək sirri üzə çıxarmaq niyyətindədir.... Əyyub Yusifov Naxçıvana - Ordubadın Came məscidinə doğru yön alır. Amma niyə? İran xüsusi xidmət orqanlarının onu izləməklə məqsədi nədir?Hər şey, tarixi hadisələrdə həmişə şou axtaran gənc tarixçi Kərim Xalıqovun səfərə gedərkən taksi maşınında yandırılmasından sonra başlanır...Operativ şöbənin əməkdaşı Leylanın atası Yaqub kişi isə can üstədir. Atası ölüm ayağında ikən, qızına qeyri-adi işarələr cızır. Bundan sonra Leyla köhnə dostu, rəmzkar alim Əyyub Yusifovdan kömək diləyir. Məlum olur ki, Yaqub kişinin cızdıqları işarələr deyil, birbaşa rəmzlərdir və onlar I Şah Abbas Səfəviyə gedib çıxır.Rəmzləri akademik Səfərbəyli ilə müzakirə edən Əyyub, İrana yola düşməyə hazırlaşır, lakin daha sonra vəziyyət dəyişir, nəzərlər qədim Ordubadda cəmlənir...Və ən əsası – Mirassız Varislər, zamanın çarxını geri fırlada bilərlərmi?Bazar günü "Zero" Kitab Evində (İstiqlaliyyət 71, Sabir Bağı ilə üzbəüz) saat 13:00-17:00 arası kitabın imza günü keçiriləcək.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol