• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan musiqi elminin tarixi ilk dəfə təqdim edildi

Azərbaycan musiqi elminin tarixi ilk dəfə təqdim edildi
28.05.2020 21:38

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun apardığı tədqiqat sayəsində ilk dəfə olaraq Azərbaycan musiqi elminin tarixi oxuculara təqdim olunub.

İnstitutdan verilən məlumata görə, "Azərbaycanın musiqi elmi (XIII-XX)" adlanan kitabda XIII-XX əsrlər musiqi-estetik fikrinin əsas problem, ideya və konsepsiyaları, onun inkişaf mərhələləri araşdırılıb. Burada Azərbaycan musiqi elminin görkəmli numayəndələrinin risalələri və əsərləri təhlil edilib, onların zəngin nəzəri irsinə elmi qiymət verilib. Monoqrafiyada Səfiyəddin Urməvinin (XIII əsr), Əbdülqadir Marağayinin (XIV-XV əsrlər), Mir Möhsün Nəvvabın (XIX əsr), Üzeyir Hacıbəylinin və digər alimlərin elmi irsi təhlil və tədqiq edilir.

Monoqrafiyada Azərbaycan musiqisinin, elminin 7-8 əsrlik geniş panoramı oxuculara təqdim edilir. Kitabda həm də Qarabağ muğam məktəbinin ustadı Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılığı, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin musiqi-estetik konsepsiyası araşdırılır.

Tədqiqat nəticəsində bu qənaətə gəlinib ki, orta əsr musiqi risalələrdən başlayaraq, dahi bəstəkar Üzeyir Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" fundamental əsəri daxil olmaqla, musiqi-nəzəri fikrimiz varislik prinsipi saxlamaqla inkişaf edir.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol