• $
  • €
  • ₽
  • ₺
  • £

Nizami Gəncəvi Fransa mətbuatında

Nizami Gəncəvi Fransa mətbuatında
28.05.2020 21:39

Fransa mətbuatında Strasburqun Reyn sarayında Nizami Gəncəviyə həsr olunan sərgi ilə bağlı növbəti məqalə dərc olunub.

 

Heydər Əliyev Fondundan  verilən məlumata görə, Alzas regionunun nüfuzlu gündəlik mətbuat orqanı olan “Alzasın son xəbərləri” qəzetində dərc edilmiş “Dahi Nizami Gəncəvi” sərlövhəli məqalədə sərginin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirildiyi qeyd olunub.

 

Müəllif qeyd edib ki, gender bərabərliyi Konstitusiyasında təsbit olunan Azərbaycan 1920-ci ilədək davam edən qısa müstəqilliyi dövründə müsəlman Şərqinin qadınlara səsvermə hüququ verdiyi ilk ölkə olub.

 

Qəzet yazır ki, Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın istər orta, istərsə də ali təhsil ocaqlarında tədris olunur, onun əlyazmalarının bir nüsxəsinin Strasburq Mərkəzi Kitabxanasında saxlanılır, əsərləri bir çox xarici dillərə, o cümlədən fransız dilinə tərcümə olunub.

 

Qeyd edək ki, Heydər Əliyev Fondu Azərbaycanın Fransadakı səfirliyi ilə birlikdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyinə həsr edilmiş "XII və XXI əsrləri birləşdirən ümumbəşəri körpü: Nizami Gəncəvi yaradıcılığı" adlı layihə həyata keçirib.

APA

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol