• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Küçə Kitab Hərəkatı başladı! - VİDEO

Azərbaycanda Küçə Kitab Hərəkatı başladı! - VİDEO
04.01.2014 13:29
Küçə kitab hərəkatının məqsədi, paytaxtda, bölgələrdə və eləcə də digər ölkələrdə kitab şəbəkəsinin yaradılmasıdır. Birinci mərhələdə könüllü şəkildə kitablar toplanılır, daha sonra həmin kitablar paytaxt ərazisində müxtəlif yerlərə qoyulur və o kitablar öz təsadüfi sahiblərinə bu yolla çatmış olur. Kitabın içərisində bu kitabın Küçə kitab hərəkatına məxsus olduğu və bu kitaba hansı şərtlər altında sahib olunduğu qeyd olunur.  Daha sonra kitabın təsadüfi sahibi kitabı oxuyub bitirdikdən sonra növbəti sahibinə çatması üçün paytaxt ərazisində hərhansı bir guşəyə qoyur. Kitabların  hər yeni sahibi kitabın onda olduğunu bildirmək üçün, kitabın içində qeyd olunan facebook qrupuna məlumat yerləşdirir.İkinci mərhələdə bu prosses olduğu kimi, bölgələrdə də davam edəcək və bu prosses  Küçə kitab hərəkatının bölgələrdəki nümayəndəlikləri tərəfindən həyata keçiriləcək. Nümayəndəliklər tərəfindən toplanılan kitablar, digər bölgələrdəki nümayəndəliklərə göndəriləcək və beləcə qarşılıqlı kitab dəyişimi baş tutacaq.Üçüncü mərhələdə Azərbaycan müəlliflərinin kitabları ingiliscəyə tərcümə olunaraq xarici ölkələrdəki hərəkatın nümayəndələrinə göndəriləcək və eyni qaydada kitablar yayılacaq.Bu kitabların istiqamətinin itirilməməsi üçün, sosial şəbəkələrdə qruplar və veb sayt yaradılacaq. Hər bir oxuyucu əldə etdiyi kitab haqqında məlumatı qeyd olunan yerlərdə yerləşdirəcək. Kitablar xüsusi formatda şifrələnəcək və kitabın ilk sahibi kitabının hal-hazırda harda olduğu barədə məlumat əldə edə biləcək. Bundan əlavə oxuyucular oxuduqları kitab haqqında təəssüratlarını bölüşmək üçün video və ya yazı formatında veb saytımızda xüsusi bölmədə yerləşdirə biləcək.Bu hərəkatın başlanması və uğurla davam etməsi üçün, kitablarınızı bizə etibar etməyinizi xahiş edirik. Sizin kitablarınız dünyanın fərqli nöqtələrində tamamilə təsadüfi insanlar trəfiindən oxunulacaq və sizin bu haqda məlumatınız olacaq və eləcə siz də hərhansı təsadüfi şəxsin kitabını əldə edə biləcəksiniz.Əlaqə :https://twitter.com/StreetBookMov https://www.facebook.com/StreetBookMovhttps://www.facebook.com/StreetBookhttps://www.facebook.com/EyyubovFerid[email protected]/* */[email protected]/* */[email protected]/* */(+99451) 568 95 69 - Fərid Eyyubov(+99450) 513 63 34 - Saleh Mehdizadə
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol