• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı "Den Braun"dan qalmaqallı roman - VİDEO

Azərbaycanlı "Den Braun"dan qalmaqallı roman - VİDEO
04.01.2014 13:08

Yazıçı Çingiz Mehbaliyevin “Şərqdə Fırtına” adlı ikinci kitabı çap olunub.Qaynar.info-nun verdiyi xəbərə görə, kitabın maraqlı mövzusu var. Belə  ki, yazıçı öz kitabında 2009-2011-ci illərdə dünyanı titrədən iki qlobal hadisəyə oxucuların diqqətini yönəldir: “Ərəb baharı” və ümumdünya iqtisadi böhranı. Ç. Mehbaliyev bədii təxəyyülün gücü ilə bu iki hadisə arasındakı gizli bağlılığı üzə çıxartmağa çalışır.Kitabın baş qəhramanı olan cəsus və analitik Mark Edqarın qarşısında çətin tapşırıq var. O, bu tapşırığın öhdəsindən gəlmək üçün özünün dahilik maniyası ilə “Şərqdə Fırtına” planını yazır və onun icrasına başlayır. Bu plan dünyanın gedişini birdəfəlik olaraq dəyişmək gücündədir. Bəs, “Şərqdə Fırtına”da nələr yazılıb?Sadə insanı böyük işlər görməyə ilhamlandıran çox səbəb ola bilər: pul, sevgi və qadın... Amma cəsus Mark Edqar "Şərqdə Fırtına" planını yazarkən və inadla icra edərkən bunların heç biri onu qətiyyən maraqlandırmırdı. Onun üçün daha önəmlisi dahi insan olduğunu sübut etməkdir. Bəs, o bunu bacara biləcəkmi?Yazıçı hadisələrin və kitabın mahiyyətindən çıxış edərək oxuculara sual verir: niyə görə “Ərəb baharı” və ümumudünya iqtisadi böhranı eyni vaxtda baş verdi? Onlar arasındakı görünməz bağlılıq nədir? "Şərqdə Fırtına" planında nələr yazılıb? Oxucular bu və digər həyacanverici sualların cavabını isə “Şərqdə Fırtına” kitabını oxuyandan sonra tapacaqlar.Bu kitab dünya iqtisadiyyatının mətbəxinə boylanmağa,  qlobal hadisələrin pərdəarxası məqamlarına baxmağa çağırır və hadisələrə bir çoxlarının ehtimal etmədiyi istiqamətdən yanaşmanı nümayiş etdirir."Şərqdə Fırtına" – gözünüzü dünyaya açan kitab…Oxucular “Şərqdə Fırtına” kitabını "Zero" Kitab Evindən (İstiqlaliyyət küçəsi 71, M.Ə.Sabir bağı ilə üzbəüz) əldə edə bilərlər.Xatırladaq ki, Ç. Mehbaliyevin bundan öncəki kitabı intellektual detektiv janrında yazılan  “Miras: Bakının sirri” kitabı da oxucular tərəfindən rəğbətlə qarşılanıb və oxucular arasında "Azərbaycanın Den Braunu" ləqəbini qazanıb. 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol