• $
  • €
  • ₽
  • ₺
  • £

Rus Dram Teatrında maraqlı tamaşalar

Rus Dram Teatrında maraqlı tamaşalar
31.12.2013 11:58
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının gələn ilin yanvar ayı üçün repertuarı maraqlı tamaşalarla zəngindir.AzərTAc xəbər verir ki, yanvarın 10-da R.Baerin “Qarışıq hisslər”, ayın 11-də M.Zadornovun “Ər almaq istəyirəm”, 12-də O.Yernevin “Yeni il gecəsində məhəbbət intriqaları” tamaşaları göstəriləcəkdir.Teatrın kollektivi yanvarın 17-də R.Kuninin “Həddindən artıq evli taksi sürücüsü”, ayın 18-də Elçinin “Cəhənnəm sakinləri”, 19-da F.Dostoyevskinin eyniadlı əsəri əsasında hazırlanmış “Karamazov qardaşları” tamaşasını nümayiş etdirəcəkdir.Teatrsevərlər yanvarın 22-də M.Kamolettinin “Ah, bu Anna”, ayın 24-də A.İvanovun “Adaxlı çağırmısınız, qızlar?”, 25-də V.Stanilovun “Opera Mafiozo” tamaşalarına baxa bilərlər.Yanvarın 26-da M.Lermontovun “Maskarad”, ayın 29-da J.Rasinin “Fedra”, 31-də C.Ostinin “Qürur və qərəz” tamaşaları göstəriləcəkdir.Teatrın kollektivi həmişə olduğu kimi, yanvar ayında da balaca tamaşaçıları unutmamışdır.Yanvarın 1-dən 6-dək, həmçinin ayın 11-də və 12-də uşaqlar üçün Yeni il tamaşası göstəriləcəkdir.Yanvarın 18-də V.Reznikovanın “Durnabalığının buyruğu ilə”, 19-da Y.Şutskinin “Morozko” tamaşaları nümayiş etdiriləcəkdir.A.S.Puşkinin “Çar Saltan, onun oğlu şərəfli və cəsur pəhləvan knyaz Qvidon və gözəl şahzadə Sona haqqında nağıl”ı əsasında hazırlanmış “Çar Saltan, knyaz Qvidon və şahzadə Sona haqqında nağıl”ın premyerası isə yanvarın 25-də və 26-da olacaqdır.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol