• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı rəssamların rəsmləri Ankarada - FOTOLAR

Azərbaycanlı rəssamların rəsmləri Ankarada - FOTOLAR
28.12.2013 11:00

Azərbaycanın Türkiyədəki Səfirliyi Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Ankarada Rəsm və Heykəl Muzeyində "Türkiyədə Yaşayan Azərbaycanlı Rəssamların 3-cü Rəsm Sərgisini" həyata keçirib.

Trend-in məlumatına görə, 10 gün nümayiş etdiriləcək sərginin açılış tədbirində Türkiyə Böyük Millət Məclisinin sabiq Spikeri İsmət Sezqin, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Kamal Fahir Genç, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, çox sayda tanınmış mədəniyyət və elm xadimi, millət vəkilləri, ictimaiyyət və diaspor nümayəndələrimizlə yanaşı, çox sayda KİV təmsilçiləri də iştirak ediblər.

Tədbirin açılış nitqini həyata keçirən Səfir Faiq Bağırov, düyada yaşayan bütün azərbaycanlıların həmrəylik düşüncəsinin milli idrakımıza həkk olunmasında Ümummilli Liderimizin öncü rolundan, Azərbaycançılıq məfkurəsinin formalaşmasında Ulu Öndərimizin dərin milli idealogiyasından, Azərbaycan və Türkiyə kimi iki qardaş dövlətin xalqlarının dünyada bənzərsiz yaxınlığından və bu kimi tədbirlərin keçirilməsinin yüksək mədəni səviyyəmizin geniş kütlələrə duyurulmasındakı əhəmiyyətindən geniş şəkildə bəhs edib.

Ardından tədbirlə bağlı ürək sözlərini deməsi üçün söz Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Kamal Fahir Gençə verilib.

Tədbir iştirakçıları üçün furşet təşkil olunmuş, rəssamlarımızla xatirə fotoları çəkdirilib.

Qeyd etmək istərdik ki, sözügedən sərgidə, Ədalət Qara, Arif Ələsgərov, Asim Rəsuloğlu, Elçin Mustafayev, Fatma Dəmir Quliyeva, İsmail Hüseynov, Lalə Avşar, Lətafət Məmmədova, Mənsur Cəfərov, Məhəmməd Yüzbaşıyev, Məhər Bayramov, Məhəmməd Şirzad, Məzahir Ərtuğ Avşar, Məhəmməd Əliyev, Nazim Məmməd, Pərvanə Əlizadə, Rafiq Əziz, Rahim Məhmədov, Rəsul Rzayev, Sabir Mehdiyev, Sadiq Babayev, Səid Rüstəm, Sənan Eynullayev, Sərhad Rzayev, Şahin Məmmədov, Tariyel Əlizadə, Teymur Ağalıoğlu, Teymur Rzayev, Ümbülbanu Həmidova, Vahid Novruzov, Vahid Talıb, Yaşar Zeynalov, Yusif Əlizadə və Ziyad Sultanov kimi rəssamlarımızın əsərləri sərgidə nümayiş etdiriləcək.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol