• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanfilm”də Bədii Şura yaradılıb

“Azərbaycanfilm”də Bədii Şura yaradılıb
26.12.2013 21:33
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının tərkibində yeni Bədii Şura yaradılıb. Kinostudiyanın direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, Bədii Şura 2014-cü ildən fəaliyyətə başlayacaq: “Şuranın səlahiyyətləri geniş olacaq, tərkibində respublikanın aparıcı mütəxəssisləri iştirak edəcəklər. Tam tərkib hələlik müəyyən olmadığına görə adları açıqlamaqda çətinlik çəkirəm. Yanvarın sonunda mütəxəssislərin kimlər olacağı açıqlanacaq. Azərbaycanın kino sahəsindəki ssenari problemlərinin həlli, filmlərin bədii keyfiyyətinin yüksəldilməsi üçün şuranın fəaliyyəti çox vacibdir. İndiyə qədər Məşvərət Şurası fəaliyyət göstərirdi, amma onun səlahiyyətlərinin artırılmasına, tərkibinin genişləndirilməsinə ehtiyac vardı”. M.Hətəmov əlavə edib ki, Bədii Şuraya təqdim olunacaq ssenarilər üzvlərin səsverməsindən sonra istehsalata buraxılacaq: “Çox səs qazanan ssenarilər istehsalata buraxılacaq və bu da təbii ki, keyfiyyətli ssenarilərin üzə çıxmasına gətirib çıxaracaq. Nazirliyin dövlət sifarişi ilə təqdim etdiyi ssenarilərdən başqa, kinostudiya öz seçdiyi ssenarilərin maliyyələşdirilməsi üçün də nazirliyə müraciət edəcək. Bədii Şuranın səlahiyyət dairəsi təkcə ssenari ilə məhdudlaşmayacaq. Həmçinin filmlərin qəbulunda da iştirak edəcəklər”. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol