“Silinən tarix” fotomüsabiqəsinin qalibləri mükafatlandırıldı

Ölkəmizdə mövcud olan tarixi abidələrin qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Silinən tarix” fotomüsabiqəsinin qalibləri dekabrın 25-də mükafatlandırılmışlar.Gənclər Fondundan AzərTAc-a bildirmişlər ki, sentyabrın 25-dən başlanmış layihə 3 ay davam etmişdir.Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, Rüstəm Əliverdiyev birinci, Zəka Babazadə ikinci, Günel Məmmədova və Tofiq Şirinov isə üçüncü yerləri tutmuşlar.Layihənin tələblərinə cavab verən 15 gəncin fotoları kataloq şəklində çap olunmuşdur.ANN.Az
























