• $
  • €
  • ₽
  • ₺
  • £

Yazıçılar Birliyində yeni kitab təqdimatı

Yazıçılar Birliyində yeni kitab təqdimatı
24.12.2013 09:34
Dekabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda gənc yazıçı Təranə Vahidin “Mütərcim” nəşriyyatında dərc olunmuş “Cənnətdən yuxarı… hekayələr, esselər, miniatür duyğular” kitabının təqdimatı keçirilib.Kitaba tanınmış yazıçı - dıramaturq Əli Əmirli “Ön söz” yazmışdır. Kitabın redaktoru şair Qulu Ağsəsdir.AzərTAc xəbər verir ki, AYB-nin katibi Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyinin və “525-ci qəzet”in layihəsi ilə “Mütərcim” nəşriyyatında çap olunmuş kitab haqqında məlumat verib.Bildirilib ki, kitabdakı “Səma çiçəyi”, “Cəza”, “Ölümsüzlük”, “İntihar”, “Quyu” və digər yazıları ilə oxucuların rəğbətini qazanmış gənc, istedadlı yazıçının əsərləri radio dalğalarında və dövrü mətbuatda dəfələrlə təqdim edilib.Təqdimat mərasimində “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçı-dramaturq Əli Əmirli, tanınmış rejissor Ramiz Həsənoğlu, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli, yazıçı-publisist Südabə Ağabalayeva və digər çıxış edənlər kitabdakı kövrək hisslər yaşadan əsərlərdə yazıçının oxucuda Vətən nisgili, həzin ovqat doğurduğunu bildiriblər.Sonda Təranə Vahid tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, imzası ilə kitabını oxuculara təqdim edib.ANN.Az 
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol