• $
  • €
  • ₽
  • ₺
  • £

İranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək

İranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək
22.12.2013 01:33

Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov İranın «Mehr» xəbər agentliyinin qonağı olub və bir sıra sualları cavablandırıb.

C.Axundov bildirib ki, UNESCO tərəfindən Azərbaycan adına qeyri-maddi mədəni irsi siyahısına salınmış tar bir növ azərbaycanlı sənətkarların böyük dəyişiklik etdiyi musiqi alətidir: «Azərbaycanlı tarzən və bəstəkar Sadıqcan (Mirzə Sadıq) uzun müddət tar musiqi aləti üzərində iş və islahatlar aparıb. Belə ki, Qarabağ bölgəsinin Şuşa şəhərində yaşamış bu sənətkar simlərin sayını 5-dən 11-dək artırıb. Biz də bu musiqi alətini UNESCO-da qeydiyyatdan keçirmişik».

Onun sözlərinə görə, İranın çox zəngin mədəniyyəti var: «Bu ölkə minlərlə əsərini UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısında qeydiyyatdan keçirə bilər. Məsələn, İran Kirman, İsfahan, Nain və Kaşanın xalçatoxuma metodlarını, İsfahanın şəhərsalma sistemlərini, İsfahan, Yəzd, Bəm və s. şəhərlərin memarlıq üslublarını UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısında qeydə aldıra bilər».

C.Axundov həmçinin deyib ki, Azərbaycanın İranda 4 ildir səfiri işləyir: «Bu müddət ərzində İranda Azərbaycan, Azərbaycanda İran mədəniyyət həftələrini keçirmişik. Gələn ilin may ayının ortalarında da İranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək».

Eyni zamanda səfir İran telekanallarının Azərbaycan kinoları və seriallarına biganəliyindən də danışıb: «Azərbaycan telekanallarında rejissoru Kamal Təbrizi olduğu «Şəhriyar» seriyalı yayımlanır. Yəni, biz İran seriyallarını yayımlasaq da, ancaq burada Azərbaycan kinoları və seriyallarına nə üçün laqeyd yanaşıldığı tənqid olunmalıdır. Biz ortaq mədəniyyətə malik olduğumuzdan onu gücləndirməliyik».

APA

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol