• $
  • €
  • ₽
  • ₺
  • £

UVS Production debüt konsert proqramını təqdim edib

UVS Production debüt konsert proqramını təqdim edib
30.11.2025 13:56

UVS Production özünün ilk konsert proqramını “Bəşəriyyəti musiqi birləşdirir” adı altında təqdim edib.

Tədbirdə etnik və Qərb musiqisinin sintezi əsasında hazırlanan kompozisiyalar səsləndirilib. Gənc ifaçıların iştirakı ilə baş tutan konsert yeni musiqi nəfəsi və keyfiyyətli canlı performansları ilə seçilib.

Gecəyə aktrisa Rumiyyə Ağayeva aparıcılıq edib. Açılışı balaban və klarnetin ifasında Amin Amaris və “Neva Band” həyata keçirib. Onların klassik və müasir musiqinin vəhdətindən ibarət proqramı milli musiqi irsinə yeni tərz qazandırıb.

Daha sonra səhnəyə “UVS Band”in müşayiəti ilə Nigar The One çıxaraq öz ifaları ilə proqramı davam etdirib. Təqdim olunan canlı aranjemanlar mahnıların daha təsirli şəkildə səslənməsinə imkan yaradıb.

Gecənin finalında reper Eddie Bueno çıxış edərək 2026-cı ildə rəqəmsal platformalarda təqdim olunacaq “Buenos Aires” albomundan bir sıra mahnıları ilk dəfə olaraq ifa edib.

Konsertdə bəstəkar Vaqif Gərayzadə, aktyor Kamran Ağabalayev, Hacı Nuran, doktor Cahid Şahbazov, Səriyyə Dadaşova, İlyas Danilov (Danilov Baku), Tahir Əliyev (Concept Club) və müxtəlif şirkət rəhbərləri ilə yanaşı, əcnəbi qonaqlar da iştirak edib.


 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol