• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı yazıçı İngiltərədə qalib oldu

Azərbaycanlı yazıçı İngiltərədə qalib oldu
18.12.2013 14:00
Yazıçılar Birliyinin sədri Anar azərbaycanlı yazıçı Zaur Həsənovu İngiltərədə keçirilən “Mərkəzi Asiyanı Tanıyaq” II beynəlxalq müsabiqəsində qalib gəlməsi münasibətilə təbrik edib. APA-nın xəbərinə görə, Zaur Həsənovun “Dağlı” əsəri 7-11 noyabr tarixləri arası Londonda keçirilən müsabiqədə, Avropa və MDB-ni təmsil edən 20 ölkənin 168 namizədi arasında 1-ci yerə layiq görülüb. Müsabiqə kollegiyasının yaydığı bəyanatda qeyd olunub ki, “Dağlı”nın süjet xətti Qafqazda son iyirmi ildə cərəyan edən müharibələrin bu günə kimi qaranlıq qalan faktlarını üzə çıxartmaqla yanaşı, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İskəndərnamə”sindən bəhs edərək, Qafqaz xalqlarının dəyər sistemlərini başa düşməyə kömək edib. Z.Həsənov Yazıçılar Birliyinin sədrinin diqqətinə çatdırıb ki, bu il keçirilən müsabiqədə azərbaycanlı yazıçılar aktiv iştirak ediblər. Belə ki, “bədii tərcümə” müsabiqəsində İan Peart və Səadət İbrahimova, “ədəbiyyat əsəri” müsabiqəsində isə Kamal Həsənov və Samuel Qilbert yarımfinala çıxa biliblər. Bu il Londonda baş tutan 4 günlük müsabiqə çərçivəsində 12 tədbir keçirilib, nəşriyyatların nümayəndələri ilə dəyirmi masalar, Orta Asiyadan iki sənədli filmin nümayişi, turizm və mədəniyyət üzrə təqdimatlar baş tutub. Ümumilikdə 500-dən çox iştirakçı bu ilki tədbirlərə qatılıb. Xatırladaq ki, Zaur Həsənovun “Dağlı” əsəri gələn il “Hertfordshire Press” tərəfindən ingilis dilində Böyük Britaniyada dərc olunacaq. Kitabın tərcüməsini Rusiya üzrə tanımış mütəxəssis Kerolayn Valton həyata keçirir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol