• $
  • €
  • ₽
  • ₺
  • £

Şirməmməd Hüseynovun 89 yaşı tamam oldu

Şirməmməd Hüseynovun 89 yaşı tamam oldu
17.12.2013 16:39
"Zəhmətimin mükafatını vicdanımdan alıram”Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuat tariximizin yorulmaz araşdırıcısı, Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynovun 89 yaşı tamam olur. Böyük ömür yolu keçən Şirməmməd müəllim ad günü təəssüratlarını AzVision.az-la bölüşüb:“Nəvələrim, qızlarım, ailəmiz yığışacaq ad günümə. Axşam bir yerdə qeyd edəcəyik. Amma əsas qeyd budur ki, bu il hansı kitabım çap olundu, hansı işlə məşğul oldum. Mən bu il iki kitab hazırladım. “Məmməd Əmin Rəsulzadənin əsərlərinin dördüncü cildi”, bir də “Bakı və Azərbaycan tarixinə dair əsərlər”. Bu kitablarımın ikisi də 525-ci qəzetin şənbə nömrəsində çap olunub. Ayrıca kitab şəklində də buraxılıb. Sonra Ömər Faiqin 1905-ci ildə yazdığı bir kitabı çap eləmişəm”. “Gələn ilə mən üç kitab hazırlayıram” Ş.Hüseynovun sözlərinə görə, həmin kitablar “Məmməd Əmin Rəsulzadənin əsərlərinin beşinci cildi”, “Milli varlığımızın keşiyində” adlı öz kitabı, bir də Səbahəttin Şəmkirin Məmmədəmin Rəsulzadənin Türkiyədəki fəaliyyəti haqqında türk dilində kitabının azərbaycan dilinə tərcüməsi olacaq”.“Zəhmətimin mükafatını vicdanımdan alıram”Bu günə kimi, heç kəsdən xüsusi təbrik gözləmədiyini deyən professor Şirməmməd Hüseynov deyir ki, heç kəsdən, heç nə ummur: “Türk şairi yazıçısı Əbdülhəq Xaliidin belə bir kəlamı var: “İnsanın öz vicdanından aldığı mükafatı, heç kəs verə bilməz. Nə peyğəmbər, nə padişah, heç kəs verə bilməz. Mən öz zəhmətimin mükafatını öz vicdanımdan alıram. Heç kəsdən, heç nə ummuram”. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol