• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın tarixi qədim artefaktlarda - FOTO

Azərbaycanın tarixi qədim artefaktlarda - FOTO
16.12.2013 16:26

L. QasımovaÖtən şənbə “Baku Creative Center”in qapıları gənc və istedadlı diyarşünas-həvəskar Siyavuş Əlizadə üçün açıldı."İlk və Son" adlı sərgi Azərbaycan xalqının tarixi mirasına həsr edilib.25 yaşlı Siyavuş Əlizadə öz yaradıcılığını vətəninin tarixinə həsr etməyə qərar verib. O, köhnə predmetləri bir araya toplayır  - keramika, xalçalar, mis qab-qacaq, qədim kitablar, müasir rəssamların əl işləri və məşhur insanlara aid əşyalar.  O, bu eksponatları hələ ki evdə saxlayır, amma muzey açmağı arzu edir. Bu predmetləri o, öz dostlarından, qohumlarından, Azərbaycanın məşhur insanlarından hədiyyə alır.  Onun bu kolleksiyasının 10-dan çox yaşı var.Burada ərəb dilində qədim əlyazmaları və kitabları görmək mümkündür;  XX əsrin 30-cu illərində dərzi qadınların hazırladığı dağ xalçası, lent yazısı ilə birlikdə sovet vaxtının "Melodiya"sı. "Feliks" firmasının hesab maşını qədim bardaqların, mücrülərin, kiçik sandıqçaların və hətta, bizim valideynlərimizin məktəbə getdikləri hesabları bir cərgədə durub. Həmçinin XX əsrin 60-ci illərində istifadə edilən taxta qələm və mürəkkəb də var.Qalereyanın bütün divarlarında həm rəssamlığa təzə-təzə başlayan rəssamların, həm də məşhur rəssamların şəkilləri asılıb. Milli ənənələr üzərində hazırlanmış çoxlu xalçalar var, onlar illər keçdikdən sonra da öz parlaqlığını və təravətini itirməyiblər.Şüşə qapaqlı xüsusi stendlərdə Böyük Vətən Müharibəsi dövrünün orden və medalları var.Sərginin ziyarətçilərində zurna və balaban səsi, eləcə də keçmiş Azərbaycan Sover Sosialist Respublikasının əməkdar artisti Bəhruz Mahmud oğlu Zeynalova məxsus şəhadətnamənin olması xoş duyğular oyatdı. Onlar hətta Bəhruz müəllimin konsertlərdə çıxış etməsini və onun necə gözəl bir insan olduğunu da xatırladılar.Sərgidə VI-XVIII əsrlərin müxtəlif dövrlərinə aid pullar vardı. Buna həm mis lövhələri, yumru və kvadrat pullar, ərəbcə və rusca yazılmış müxtəlif ölçülü kağızlar aiddir. 1 000 000 rublluq kupyura tamaşaçılarda təbəssüm doğururdu. Doğrudanmı, belə bir şey olub?Dənin ovxalanması və unun alınması üçün üçün dəyirman daşı, qədim taxta tas və lavaş hazırlamaq üçün lövhə də tamaşaçılar üçün maraqlı idi.Divarlarda "Spartak" (kostyumların eskizləri), "Qızıl açar" baletinə və "Arşın mal alan" operasına boya ilə çəkilmiş şəkillər asılıb.İnsanlar o qədər çox idi ki, stendlərə yaxın durmaq müşkül idi. Öz növbəni gözləmək lazım gəlirdi.Elə buradaca Siyavuş Əlizadənin iki kitabının da təqdimatı keçirildi.Siyavuş Əlizadə Bakının kiçik Şağan kəndindəndir, elə ona görə də öz kəndi və həmkəndlilərindən bəhs edən «Şаğan və şağanlilar» kitabını yazıb. İkinci kitabını isə Bakı dialektinə həsr edib, “Bakılı belə danışır (Bakı Ləhcəsi)”.Siyavuş Əlizadənin kitabları bütün arzu edənlərə tamamilə pulsuz paylanırdı. O, istəyir ki, hər insan onun əməyinin bir hissəsini sərgidən özüylə aparsın.Bu sərginin əsas qonağı Azərbaycan Respublikasının xalq artisti, müğənni Flora Kərimova idi. İnsanlar onu salamlayır, onunla şəkil çəkdirməyi xahiş edirdilər. O, əsl xanım və mehriban insan kimi heç kəsə imtina etmirdi. Flora xanım öz keçmişiylə görüşə gəlmiş insanların çoxluğuna baxıb mat qalmışdı. Elə onun özü də keçmişə boylandı.Sonra isə qalereyada aktyor, rejissor, "əbədi bakılı" və vətənpərvər Bəhram Bağırzadə göründü. Gənclər onu mühasirəyə aldı və bütün arzu edənlər onunla şəkil çəkdirməyənə kimi onu mühasirədən buraxmadılar. Səbəbkara isə Bəhram vətənin xeyrinə öz xeyirxah əməyini davam etdirməyi arzuladı.Qonaqlar gənc diyarşünas Siyavuş Əlizadənin yığdığı xəzinələrin seyr edilməsindən həzz almaqdaykən, elmlər doktoru, etnoqraf Təvəkkül Səlimov onu bu sərgi münasibətilə təbrik etdi, vətənin xeyirinə gördüyü bu işə görə təşəkkürünü bildirdi və bu işin davamlı olmasını dilədi.Sonra meyxanəçi Samirə Yusifqızı məhz Siyavuşun şərəfinə xüsusi olaraq onun üçün yazılmış şeirləri oxudu, bu şeirlər uca alqışlarla qarşılanıb.Flora Kərimova öz xalqının tarixinə və ənənələrinə ögey münasibət bəsləməyən bu cür gənc insanın fəaliyyətinə isti münasibət bəslədi və ona bu ağır işində uğurlar dilədi. Həmçinin Siyavuş Əlizadənin qohumu və həmkəndlisi də çıxış etdi, ona öz köklərini, hardan gəlməsini, kim olmasını unutmadığı üçün təşəkkürünü bildirdi.Siyavuş Əlizadənin məktəb müəlliməsi bir zamanlar şagirdi olmuş bu gənci sərgi münasibətilə təbrik edərkən göz yaşlarını saxlaya bilmədi və dedi ki, Siyavuş hələ məktəb illərindən öz məktəbinin uşaqları üçün qədim əşyaların sərgisini keçirirdi. Artıq uşaqlıqda o, nə işlə məşğul olmaq istədiyini bilirdi.Rəssam Çingiz Mehbalıyev Siyavuş Əlizadənin həm şəkildə, həm də Macarıstanda buraxılmış poçt markalarında təcəssüm edilmiş obrazını yaratdı. Obrazda Siyavuş Əlizadənin saçlarının əvəzinə sikkələr, alında qədim kitablar, boynunda xalça və mürəkkəbqabılar həkk olunmuşdu, bütün bunlar da Bakının fonunda idi.Sərgiyə gələnlərin hər biri Siyavuş Əlizadəyə bu nəcib işində uğurlar dilədi...ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol