• $
  • €
  • ₽
  • ₺
  • £

Məmməd Araz müsabiqəsinin qalibləri mükafatlandırıldı

Məmməd Araz müsabiqəsinin qalibləri mükafatlandırıldı
13.12.2013 16:26
“Kaspi” qəzeti və Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə Məmməd Arazın 80 illiyinə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi və məqalələrin yer aldığı 600 səhifəlik “Haqqın var yaşamağa” adlı kitabın təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli bildirib ki, qəzet silsilə xarakter daşıyan müsabiqələr elan edib. Onun sözlərinə görə, şair Məmməd Arazın 80 illiyinə həsr olunmuş müsabiqəyə yazıların qəbulu 2013-cü ilin aprelindən sentyabr ayına kimi davam edib: “Müsabiqəyə təqdim olunan məqalələrdə şairin ədəbi irsi təhlil olunmaqla yanaşı, publisistik fikirlər də yer alıb. Şair barədə bir sıra arxiv materialları və xatirələr də kitaba daxil edilib. Müsabiqəyə 80 yazı təqdim olunsa da, bunlarda 60-ı müsabiqəyə daxil edilib. Kitabda əsərləri dərc olunmuş təxminən hər iki nəfərdən birinə mükafat təqdim olunacaq. Ümumilikdə müsabiqənin fondu 10 min manat təşkil edir”. “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirib ki, müsabiqəyə təqdim olunun bütün yazılara münsiflər heyəti tərəfindən diqqətlə yanaşılıb və təhlil edilib. O, Məmməd Arazı əbədiyaşar şair kimi qiymətləndirib: “Məmməd Araz İlahidən ona verilən xüsusi missiyasını yerinə yetirərək, bir millətin xüsusi məfkurəsini yaratdı. O, azərbaycançılıq məfkurəsini yaradan şairdir və azərbaycançılıq onun poeziyasının əsas qayəsi olub. Məmməd Arazın şeirləri hələ onun sağlığında folklorlaşmışdı ki, bu da onun dilindən gələn böyüklüyü göstərirdi. Mən inanıram ki, min illər keçsə də, Məmməd Araz poeziyası yaşayacaq və yeni nəsil bu poeziyadan bəhrələnəcək”. Millət vəkili, yazıçı Aqil Abbas Məmməd Arazı “millət atası” kimi xarakterizə edib: “Çünki o, övladlarına verdiyi dəyərlərdən min dəfə artıq bu xalqa, millətə dəyərlər bəxş edib. Bu millətin varlığı Məmməd Araz kimi dahilərin yaşamasından asılıdır”. Sonda isə müsabiqənin qalibləri mükafatlandırılıb. Birinci yerə yazıçı-publisist Akif Əli layiq görülüb. “APA Holding”ə daxil olan “Kulis.az” saytının baş redaktoru Qan Turalı da qaliblər sırasında olub.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol