• $
  • €
  • ₽
  • ₺
  • £

Ankara Milli Kitabxanasında aşkarlanan tarixi mənbə Bakıda nəşr olunub

Ankara Milli Kitabxanasında aşkarlanan tarixi mənbə Bakıda nəşr olunub
12.12.2013 20:38
 “Mütərcim” nəşriyyatında Xəzər Universiteti Tarix və arxeologiya departamentinin dosenti, tarix üzrə fəlsəfə doktoru Namiq Musalının nəşrə hazırladığı “Zühuri-dövləti-Səfəviyan” (“Səfəvilər dövlətinin meydana gəlməsi”) adlı 100 səhifəlik maraqlı bir tarixi mənbə işıq üzü görüb.Universitetdən APA-ya verilən məlumata görə, orijinal mətni Osmanlı türkcəsində olan bu tarixi mənbə ərəb qrafikalı əlifba ilə yazılıb. İndiyə kimi məxfi qalmış bu mənbə alimlər tərəfindən tədqiq olunmayıb.N.Musalı mənbənin əlyazmasını Ankara Milli Kitabxanasında aşkarlayaraq, transfoneliterasiya və tərcümə edib, əsəri ön söz, şərhlər, göstəricilər və fotofaksimile ilə birlikdə nəşrə hazırlamışdır. İlk dəfə nəşr edilən bu əsərdə Səfəvi şeyxlərinin və I Şah İsmayılın həyat və fəaliyyətləri, I Şah Təhmasibin ha­ki­miy­yətinin ilk dövrü haqqında məlumat verilir.Kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Tahir Cəfiyev, rəyçiləri isə tarix elmləri doktoru Tahirə Həsənzadə və tarix üzrə fəlsəfə doktoru Əhməd Quliyevdir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol