• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk

Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
09.03.2026 20:25

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bildirib ki, ölkə rəhbərliyi Nazirlər Kabinetinin iclasında İranla bağlı yaranmış böhranı müzakirə edib.


Dövlət başçısı Türkiyənin 28 fevraldan etibarən yüksək hazırlıq vəziyyətində olduğunu qeyd edib.


“Biz heç bir ehtimalı göz ardı etmirik. Əsas məqsədimiz ölkəmizi bu yanğından uzaq saxlamaqdır. Türkiyənin təhlükəsizliyini və 86 milyon vətəndaşın əmin-amanlığını təmin etmək bizim üçün ən böyük həssaslıqdır”, –  o bildirib.


Ərdoğan vurğulayıb ki, Türkiyə dövləti və hökuməti heç bir halda aciz vəziyyətdə deyil.
“Türkiyə Respublikası hər sahədə güclüdür və dövlətimizin təhlükəsizliyinə yönələn hər cür hücumu dəf etmək gücünə malikdir”, – Türkiyə prezidenti əlavə edib.


Onun sözlərinə görə, F-16 qırıcıları, erkən xəbərdarlıq və tanker təyyarələri vasitəsilə Türkiyə hava məkanı sutkada 24 saat müşahidə olunur.


Ərdoğan bildirib ki, İrana lazımi xəbərdarlıqlar edilib və yanlış addımlarda israr edilməməlidir.
Türkiyə lideri qeyd edib ki, səmimi çağırışlara baxmayaraq, Ankaranın dostluğunu çətin vəziyyətə sala biləcək yanlış və təxribat xarakterli addımlar atılmaqda davam edir.


O əlavə edib ki, minillik qonşuluq və qardaşlıq münasibətlərinə kölgə sala biləcək addımlardan çəkinilməlidir.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol