• $
  • €
  • ₽
  • ₺
  • £

Bərpa edilmiş və rənglənmiş "Arşın mal alan" filminin təqdimatı olub

Bərpa edilmiş və rənglənmiş "Arşın mal alan" filminin təqdimatı olub
11.12.2013 09:36

Dekabrın 10-da Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilmiş və rənglənmiş "Arşın mal alan" filminin premyerası olub.

Ekran əsərinin nümayişindən əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci ildə "Arşın mal alan" filmi və bu filmin bərpa olunmasının əhəmiyyəti barədə çıxışının videogörüntüsü yayımlanıb: "Müasir texnika, texnologiya imkan verir ki, film yarandığı kimi bərpa edilsin. Bunu mütləq etmək lazımdır. "Arşın mal alan" filmi Azərbaycan mədəniyyət tarixinin ən böyük nailiyyətlərindən biridir. Ona görə o film daim yaşamalıdır. O film yaşamalıdır ki, gələcək nəsillər Üzeyir Hacıbəyovun nə qədər böyük insan olduğunu görsün, Rza Təhmasibin nə qədər böyük rejissor oldugunu görsün, Rəşid Behbudovun nə qədər istedadlı müğənni olduğunu görsün".Trend xəbər verir ki, daha sonra tamaşaçılar bərpa olunmuş və rənglənmiş "Arşın mal alan" filmini izləyiblər.Azərbaycan kino sənətinin əfsanəsi olan "Arşın mal alan" filmi 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilib. Rza Təhmasib və Nikolay Leşenkonun quruluş verdiyi ekran əsərində Rəşid Behbudov, Leyla Bədirbəyli, Münəvvər Kələntərli, Lütfəli Abdullayev kimi korifeylər rol alıblar. "Arşın mal alan" filmi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə dünya kino sənayesinin əsas mərkəzi olan "Hollywood"da bərpa edilərək rənglənib. Doqquz ay ərzində həyata keçirilən bu layihə üzərində Asiya, Avropa və Amerikadan olan 157 nəfərlik heyət çalışıb. Onların arasında "Oskar" mükafatına layiq görülmüş peşəkar mütəxəssislərlə yanaşı, Azərbaycanın kino işçiləri də olub.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol