• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyeva xərçəngə tutulmuş məşhur aktrisaya əl uzatdı

Mehriban Əliyeva xərçəngə tutulmuş məşhur aktrisaya əl uzatdı
09.12.2013 23:55
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən aktrisa Xanım Qafarovanın müalicəsini üzərinə götürüb. Musavat.com-un məlumatına görə, bu barədə əməkdar artist Aybəniz Haşımova Facebook-da yazıb. Onun yazdığına görə, KİV-də Xanım Qafarovanın xəstəliyi barədə məlumatlar yayıldıqdan sonra Mehriban Əliyeva məsələyə müdaxilə edib. Qeyd edək ki, Xanım Qafarov neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir. O, bu gün AzNews.az-a  müsahibəsində xəstəliyi barədə məlumat vermiş və müalicə üçün pulunun olmadığını bildirmişdi: “2009, 2011, 2012-ci illərdə xəstəlikdən əməliyyat olundum. Hər iki döşümü və uşaqlığımı götürdülər. Həmin əməliyyatlar Bakıda aparılıb. Dedim ki, daha bitər. Nə bilim ki, müəyyən vaxtdan sonra bu məni yenidən ağuşuna alar. Bir baxdım ki, xəstəlik sümüklərimdə yeriyir. Ay Allah, belə də dərd olar? Dedilər ki, fizioterapiya lazımdır. Onun da son texnologiyası Türkiyədədir. Yəni, şüa veriləndə ancaq xəstəlik olan yerlərə verilir, başqa orqanlara ziyan vurmurlar. Mən də bu məqsədlə Türkiyəyə getdim. Orada mənə dedilər ki, bunun üçün 10 min manat lazımdır. Bunu eşidəndən sonra Azərbaycana qayıtdım. Daha nə edim?. Xəstəliyə güc gəldim. Yoxsa o əməliyyatların qarşısında çoxdan ölmüşdüm. 6 yaşlı qızım da mənimlə birlikdə bu əziyyətə qatlaşır. Axı onun belə bir vaxtı deyil. O, xəstə olduğumu bilir. Hər dəfə evə gələndə mənə deyir ki, anacan sağaldın? Bilirsən mən anayam, əlbəttə ki, qızımın taleyini düşünürəm. Amma bilirsiniz ki, mənim ev problemim də vardı. Onunla bağlı müraciət etmədiyim yer qalmadı, heç kəs mənə əl tutmadı. Bundan sonra da taleyimlə barışdım. Mən sizin sayt vasitəsiylə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edirəm. Mənə əl tutun, imkan verməyin ki, 6 yaşlı qızım anasız qalsın.”ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol