• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan yazarları Türkiyədə təbliğ olunacaq

Azərbaycan yazarları Türkiyədə təbliğ olunacaq
05.12.2013 12:57

Türkiyədə yaşayan bir neçə xanım birləşərək Azərbaycan Aydın Qadınlar Qurupu (AAQQ) yaradıb. Qurumun məqsədi Azərbaycan ədəbiyyatını qardaş ölkədə tanıtmaqdır. Təşkilatdan ANN.Az-a verilən məlumata görə, xeyli vaxtdır ki, Türkiyədə fəaliyyət göstərən kitab evləri və satış mərkəzlərində müşahidə aparılıb. Amma təəssüflər olsun ki, əksər xalqlardan fərqli olaraq Azərbaycan yazarlarının kitablarına rast gəlinməyib. Hətta orada erməni və gürcü yazarlarının kitablarına da rast gəlmək mümkündür. Səbəbini araşdırdıqda isə bəlli olub ki, bu kitabların əksəriyyəti adıçəkilən ölkələrin diaspor təşkilatları və hansısa iş adamının sponsorluğuyla dərc olunub.“AAQQ olaraq bu yöndə yeni layihəyə başlamaq və ildə bir neçə yazarımızın kitabını tərcümə edib Türkiyədə təbliğ etmək qərarına gəldik. Çox sevindirici haldır ki, bu işdə bizə görüşdüyümüz bəzi diaspora təşkilatlarımız da dəstək verəcəklərini dedilər”, - deyə qurumdan məlumat verilib. Məlumatda o da bildirilir ki, bu günə kimi Türk Dünyası İqtisadi Araşdırmalar Topluluğu (TÜDİAT) rəhbərlərindən və Dünya Azərbaycanlı Gənclər Birliyi Mərkəz Şurası üzvü Cavid Əliyev, həmçinin Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası rəhbəri İsa Ambarcıyla görüşülüb. Onlar da öz növbələrində bu mövzuda hər zaman AAQQ-ın yanında olacaqlarını bəyan ediblər.ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol