• $
  • €
  • ₽
  • ₺
  • £

Hamburqda Azərbaycan gecəsi keçiriləcək

Hamburqda Azərbaycan gecəsi keçiriləcək
04.12.2013 18:34
Heydər Əliyev Fondunun dəstəyi ilə Hamburq şəhərində Azərbaycan gecəsi keçiriləcək. ANN.Az AzərTAc-a isinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində layihələrini davam etdirir.Növbəti tədbirin Almaniyanın Hamburq şəhərində keçirilməsi nəzərdə tutulur.Fondun və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə dekabrın 5-də Avropanın ən böyük liman şəhərlərindən biri olan və “Dünyaya açılan şəhər” kimi tanınan qədim Hamburqda Azərbaycan gecəsi keçiriləcək.Hamburqun tarixi Börsensaal zalında təşkil olunacaq gecədə rəsm və foto sərgiləri və bu işlərin fotoproeksiyaları təqdim ediləcək.Stendlərdən birində ölkəmizdə Almaniya mövzusunda ənənəvi keçirilən “Almaniya bir rəssamın gözü ilə” sərgi-müsabiqələrində qalib gəlmiş istedadlı gənclərin rəngkarlıq işləri nümayiş etdiriləcəkdir. Almaniyada heç vaxt olmayan gənc rəssamların bu ölkə haqqında yaradıcı təxəyyüllə çəkdikləri əsərlərin təqdimatı bundan əvvəl Ştutqart və Köln şəhərlərində də keçirilib.Tədbirdə nümayiş olunacaq digər stenddə isə XIX əsrdən başlayaraq Azərbaycanda yaşayan almanların həyatını əks etdirən fotolar sərgilənəcək. Fotoşəkillərdə vaxtilə Avropada ən böyük və müasir misəridən zavodu Gədəbəydə inşa etdirən Siemens qardaşları və onların minlərlə həmvətəninin Azərbaycandakı fəaliyyəti və yaşam tərzi əks olunur.Azərbaycan gecəsində virtuoz caz ifaçısı İsfar Sarabskinin konsert proqramı da olacaq. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol