• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev dövlət xalça muzeyində olub

İlham Əliyev dövlət xalça muzeyində olub
02.12.2013 12:58
Dekabrın 2-də Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olub.Dövlətimizin başçısına məlumat verildi ki, Xalça Muzeyinin əsas təyinatına ekspozisiya sərgilərinin təşkili, maarifləndirici proqramların işlənib hazırlanması, qeyri-maddi mədəni irsin qorunması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, müştərək layihələrin hazırlanması, həyata keçirilməsi və s. daxildir.Azərbaycan Prezidenti binada yaradılan şəraitlə tanış oldu.Bildirildi ki, hazırda Muzeydə 15 mindən artıq nadir eksponatdan ibarət kolleksiya mühafizə olunur. Muzeyin qızıl fondunu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyalar ilə 7 əsas Azərbaycan xalçaçılıq məktəbini təmsil edir. Bundan başqa, muzeyin ekspozisiyasına xovsuz xalçalar, zərgərlik və metal məmulatları, bədii tikmələr, parçalar, milli geyimlər və s. aiddir.Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Əsas eksponatlar - xalçalar qövsşəkilli divarlardan asılır, onların da əksi bütün yuxarı mərtəbələrdən görünür. Bunun sayəsində sərginin böyük hissəsini müxtəlif rakurslardan izləmək mümkündür.Beşmərtəbəli binada iş otaqları, avtomatlaşdırılmış fond saxlancı, bərpa emalatxanaları, suvenir mağazası, ziyarətçilərlə iş şöbəsi, sərgi sahəsi, 120 nəfərlik kafe, təqdimatlar və mühazirələr üçün zallar, interaktiv məlumat sistemi, video və audiotəqdimatlar üçün auditorium və s. vardır.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol