• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhriyarın məzarı yerlışən məqbərə qəzalı vəziyyətdədir

Şəhriyarın məzarı yerlışən məqbərə qəzalı vəziyyətdədir
01.12.2013 16:40

İranın Təbriz şəhərindəki “Şairlər məqbərəsi” (“Məqbərətul şuara”) abidəsi dağılmaq təhlükəsi ilə üzləşib.

 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, həmin məzarlıqda Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyar da daxil olmaqla bir çox tanınmış şəxslər dəfn olunub.

 

Məlumata görə, 40 yaşlı tarixi abidənin bərpa olunmasına ehtiyac var.

 

Təbriz şəhərinin Sərxab məhəlləsinin sakinlərindən biri olan Hacı Əli deyib ki, son bir neçə ildə tarixi abidə dəfələrlə restavrasiya olunmaq adı ilə qapadılıb: “Məqbərəyə artıq əvvəlki kimi turist axını yoxdur. Artıq abidəni ziyarət etməyə gələn şagird və tələbələrin sayı yüzlərlə deyil. Çünki əksər günlər məqbərə tikintidən dolayı bağlı olur”.

 

Məqbərənin yerləşdiyi Sərxab məhəlləsinin digər sakini Rza Yusifpur vurğulayıb ki, “Şairlər məqbərəsi” şöhrəti dünyaya yayılmışTəbriz şəhərinin tarixi abidələrindən biridir: “Bir neçə ildir məqbərədəki məzarlar təmir edilir və restavrasiya olunur. Mən tarixi abidənin tavanından da yağış damdığını eşitmişəm”. 

APA

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol