• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsulzadənin heykəlini təmənnasız hazırlayacaq - VİDEO

Rəsulzadənin heykəlini təmənnasız hazırlayacaq - VİDEO
30.11.2013 10:10

Heykəltəraş Ömər Eldarov Xalq Cümhuriyyətinin banilərindən biri üçün pulsuz işləməyə hazır olduğunu bildirib

Anspress Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ərəfəsində heykəlinin eksklüziv görüntülərini əldə edib. Söhbət tanınmış heykəltəraş Ömər Eldarovun Heydər Əliyevin tapşırığı ilə başladığı və sonradan yarımçıq qalan əsərindən gedir.

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ərəfəsində görülən işlərin sırasında onun heykəlinin qoyulması məsələsi də gündəmə gəldi. Araşdırmamız zamanı məlum oldu ki, əslində hələ iyirmi il əvvəl Şərqdəki ilk Demokratik Respublikanın qurucusunun heykəlinin qoyulması üçün dövlət səviyyəsində göstəriş olub. O vaxt dövlət başçısı olan Heydər Əliyev Məhəmməd Əmin Rəsulzadənin heykəlinin hazırlanması ilə bağlı sərəncam imzalayıb. Sərəncamda heykəlin qoyulacağı yer də göstərilib. Heykəl indiki Kukla Teatrı ilə üzbəüz parkda qoyulmalı idi. Bütün işlərin həyata keçirilməsi üçün Məhəmməd Əmin Rəsulzadənin adına fond da yaradılıb. Və fonda yığılmış vəsait hesabına sərəncamın həyata keçirilməsinə başlanılıb. Heykəlin hazırlanması xalq rəssamı Ömər Eldarova tapşırılıb. Ömər Eldarov tez bir zamanda heykəlin eskiz layihəsini düzəldib.

Heykəltəraş Ömər Eldarov: “Bu heykəlin aşağısında silindrik formada piltələr və pillələr olmalı idi. Ondan yuxarıda üzərində müstəqil respublikanın rəmzlərinin əks olunduğu postament qoyulacaqdı. Postamentin üzərində isə Məhəmməd Əmin Rəsulzadənin 20-ci illərin əvvəlindəki xarici görünüşünün əks olunduğu heykəl qoyulmalı idi. Burada o gənc enerjili yaraşıqlı kişi idi.

Eskiz layihə əsasında Məhəmməd Əmin Rəsulzadənin heykəlinin işçi layihəsi də hazırlanıb. Hansı ki, iki metr olan bu içşi layihə heykəlin hazırlanması üçün əsas olmalı idi.

Layihə də müvafiq qurumlar tərəfindən təsdiq olunur. Ümumi uzunluğu 11 metr olacaq heykəl üçün Rusiyanın Ural vilayətindən ağ mərmər də sifariş verilir. Lakin sonradan fondda pulun bitməsi əsas gətirlir və iş həmin mərhələdə yarımçıq qalır. O dövrdən 20 il keçməsinə baxmayaraq, Şərqdə ilk demokratik respublikanın qurucusunun heykəli hələ də qoyulmayıb. Amma prezident İlham Əliyevin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsi üçün sərəncam imzalaması görüləcək işlər arasında onun heykəlinin qoyulmasını da istisna etmir.

Elə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə də bu eskiz layihə əsasında onun heykəlinin hazırlanmasını istəyir.

Amma bu hələ ki, istəkdir. Reallaşması isə Nazirlər Kabineti tərəfindən “Tədbirlər planı” hazırlandıqdan sonra məlum olacaq.

Onu da qeyd edək ki, Ömər Eldarov deyib ki, mən qərar gözləyirəm. Rəsulzadə üçün bütün işləri pulsuz edəcəyəm.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol