• $
  • €
  • ₽
  • ₺
  • £

Fransada Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunan sərgi

Fransada Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunan sərgi
29.11.2013 13:43

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 28-də Reymsin To sarayında Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunan sərgi təşkil edilib.

AzərTac-ın verdiyi məlumata görə, şəhər merinin müavini Jak Kuen bildirib ki, Məhsəti Gəncəvi ilə bağlı şəhərdə keçirilən silsilə tədbirlərin davamı kimi Azərbaycan incəsənət ustaları Reyms Konservatoriyasında çıxış edəcəklər. Ölkəmizin Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova Məhsəti Gəncəvinin Şərq İntibahının mədəniyyət mərkəzlərindən biri olan, Azərbaycanın ikinci böyük şəhəri Gəncədə yaşayıb yaratdığını, bu şəhərdə öz əsərləri ilə bəşər ədəbiyyatını zənginləşdirən daha bir söz ustası-Nizami Gəncəvinin də dünyaya göz açdığını diqqətə çatdırıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncənin Azərbaycanın ikinci şəhəri olmaqla yanaşı, həm də qədim mədəniyyət və incəsənət mərkəzi olduğunu xatırladıb, dünya ədəbiyyatına Nizami Gəncəvi və Məhsəti Gəncəvi kimi dühalar bəxş etdiyini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin sərəncamına əsasən Nizami Gəncəvinin 870 və Məhsəti Gəncəvinin 900 illiyinin Azərbaycanda və onun hüdudlarından kənarda qeyd olunmasını qeyd edib, Gəncədə Məhsəti Gəncəvi ilə bağlı silsilə tədbirlərlə yanaşı ikinci beynəlxalq şərab festivalının keçirildiyini, festivalda Fransadan böyük nümayəndə heyətinin iştirak etdiyini, Gəncənin 2016-cı ildə “Avropa gənclərinin paytaxtı” elan olunduğunu bildirib. Sərgidə nümayiş etdirilən Məhsəti Gəncəvi dövrünə məxsus qadın geyimləri, xalçalar üzərində şairənin əsərlərinə çəkilən illüstrasiyalar, qədim pul vahidləri, misgərlik və dulusçuluq sənət nümunələri, çini qablar və digər eksponatlar şəhər sakinlərinin və digər qonaqların böyük marağına səbəb olub.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol