• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ-in teleserial etirazı - məktub var

MTRŞ-in teleserial etirazı - məktub var
28.11.2013 12:50

Azərbaycan teleseriallarında nümayiş olunan pis vərdişlərin aradan qaldırılması ilə bağlı telekanallara məktub göndərilib. Bu barədə Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib: "Bizim teleseriallarımızda bu cür hərəkətlər var. Biz bu məsələ ilə bağlı telekanallara müraciət etmişik. Bununla bağlı hətta Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsi də bizə müraciət etmişdi. Yəni, maşında olarkən edilən hərəkətlər mövcud qayda-qanunlara uyğun olmalıdır. Misal üçün, işıqforun qırmızı işığında yolu keçmək olmaz, maşına oturarkən ilk növbədə kəməri bağlamaq lazımdır".

N.Məhərrəmli əlavə edib ki, siqaret çəkməyin də teleseriallarda göstərilməsi yaxşı hal deyil: "Yenə deyirəm, bunlarla bağlı biz telekanallara məktubla müraciət etdik ki, onlar hansı prodakşnla çalışırlarsa, bizim bu barədə tövsiyələrimizi onlara çatdırsınlar. Yəni, biz insanlarda yaxşı vərdişlər yaratmalıyıq, pis vərdişlər formalaşdırmalı deyilik".

MTRŞ sədri, həmçinin xarici teleseriallarda müəyyən böyük binaların, marketlərin, tibb ocaqlarının loqolarının mozaikalarla bağlanması məsələsinə də toxunub: "O da zamanla öz həllini tapcaq. Teleseriallar sahəsi bizdə hələ ki çox təcrübə toplamış sahə deyil. Bilirsiniz ki, son üç ildə bu sahədə xüsusi canlanma başladı və ondan sonra bu sahə inkişaf etməyə başladı. Hesab edirəm ki, bir neçə ildən sonra bu sahə lazımi standartlara gəlib çatacaq. Biz də daim öz tövsiyələrimizi verəcəyik".

Azərbaycan yol polisi də teleseriallarda yol hərəkəti qaydalarının pozulması hallarının nümayişindən narahatdır.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev öncə Trend-ə deyib ki, seriallarda, proqramlarda yol hərəkəti qaydalarının pozulması məqamlarının nümayiş etdirilməməsi üçün telekanalların rəhbərlərinə müraciət edilib: "Teleseriallar çəkilərkən orada yol hərəkəti qaydalarına əməl olunması düzgün təbliğ edilərsə, bunun sürücülərin maariflənməsinə böyük təsiri olar. Türkiyə seriallarında hətta cinayətkar olsa belə, avtomobildə sükan arxasına oturarkən təhlükəsizlik kəmərini bağlayır. Azərbaycanda da televiziyalara müraciət etmişik ki, seriallar, verilişlər yayımlananda bu cür hallara diqqət yetirilsin".

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol