• $
  • €
  • ₽
  • ₺
  • £

Sabir Fondu və “Qanımızın səsi” kitabı təqdim olunub

Sabir Fondu və “Qanımızın səsi” kitabı təqdim olunub
26.11.2013 13:36

Bakıda, “Galereya-1969” sərgi salonunda Mirzə Ələkbər Sabir Fondunun və qurumun prezidenti Sevda Tahirlinin “Qanımızın səsi” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə deputatlar, QHT və KİV nümayəndələri, şair və yazıçılar iştirak edib.

"Media forum" saytı xəbər verir ki, fondun prezidenti Sevda Tahirli deyib ki, qurum 2012-ci ildə yaradılıb, Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Fondun əsas məqsədi Sabir yaradıcılığının öyrənilməsi və irsinin tədqiqindən ibarətdir. O qeyd edib ki, Sabir Fondu 2013-cü ildə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsini gerçəkləşdirib.

Mərasimdə Mirzə Ələkbər Sabirin gəlini Zemfira Tahirli, Milli Məclisin deputatı Musa Qasımlı, yazıçı-publisist, telejurnalist Orxan Fikrətoğlu, “Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov, professor Alxan Bayramoğlu, şair Səlim Babullaoğlu, “Millennium Turizm” MMC-nin direktoru Ruslan Quliyev və başqaları çıxış ediblər.

Sevda Tahirli müəllifi olduğu “Qanımızın səsi” adlı kitabı haqqında məlumat verib. O bildirib ki, 2013-cü ildə çap olunmuş kitabın mövzusu yaşından asılı olmayaraq hər kəsin marağına səbəb ola biləcək bir məsələyə - 4 fərqli qan qrupunun insanın həyatındakı roluna, onun xarakterinə, karyerasına, uğurlarına, sağlamlığına və eləcə də xəstəliklərinə, həyati seçimlərinə, qarşı cinsə münasibətinə, ailə bağlarına, hətta ana olma imkanlarına necə təsir etməsi kimi aktual bir məsələyə həsr olunub.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol