• $
  • €
  • ₽
  • ₺
  • £

İçərişəhərdə Müqəddəs Endryu Günü

İçərişəhərdə Müqəddəs Endryu Günü
23.11.2013 11:39
Şotlandiyalı tuluq zurnaçıları Müqəddəs Endryu Gününü İçərişəhərdə də qeyd edəcəklər.Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumata görə, hər il olduğu kimi, bu il də ənənəvi olaraq şotlandlar Bakı şəhərində Müqəddəs Endryu Gününü qeyd edəcəklər. Bakı Kaledoniya Cəmiyyətinin təşkil etdiyi bayram tədbirlərinin bir hissəsi kimi, Şotlandiya milli musiqi ifaçıları olan zurnaçılar qrupu İçərişəhərdə bayram yürüşü keçirəcəklər. Noyabrın 23-də İçərişəhərdə şotland ab-havası yaşanacaq.Şotland tuluq zurnaçıları parada öz musiqilərini səsləndirərək Qoşa Qala Qapısının qarşısındakı əsas meydanda başlayacaq və daha sonra Müqəddəs Endryu Gününün mədəniyyətlərarası xarakterini təcəssüm etdirmək üçün İçərişəhərin küçələrindən keçəcəklər. Tuluq zurnaçılarının nümayişi İçərişəhərin əsas küçələrində təxminən bir saat davam edərək Qız Qalasının yanında başa çatacaq. Sonda Qız Qalasının qarşısındakı meydanda şotland musiqisinin sədaları altında milli rəqslər nümayiş olunacaq.Qeyd edək ki, Şotlandlar Müqəddəs Endryunu Şotlandiyanın himayəçisi hesab edir və onun şərəfinə hər il noyabr ayında bayram tədbirləri keçirir. Bu, şotlandların milli bayramıdır. Şotlandiyadan musiqiçilər bu günü qeyd etmək üçün Bakıya gələrək bu yolla öz mədəniyyətlərini fərqli mədəniyyətlərin beşiyi olan şəhərimizdə təbliğ edirlər.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol