• $
  • €
  • ₽
  • ₺
  • £

Nigar Rəfibəylinin iki kitabının təqdimatı oldu

Nigar Rəfibəylinin iki kitabının təqdimatı oldu
22.11.2013 16:34
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çap olunan “Şanlı nəsillərin yadigarıyam” və “Məhəbbətim bölünmədi” kitablarının təqdimatı keçirilib. APA-nın məlumatına görə, Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, çap olunan kitablar Nigar Rəfibəylinin 100 illik yubileyi münasibətilə ölkə prezidentinin imzaladığı sərəncamdan irəli gələn məsələlərin həlli çərçivəsində həyata keçirilir. Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev qeyd edib ki, son vaxtlarda nazirlik bir neçə ədəbiyyat xadiminin yubileyini keçirib və bu ənənə davam edəcək: “2013-cü ildə görkəmli sənətkarlarımızla bağlı yeddi sərəncam imzalanıb və nazirlik bu sərəncamdan irəli gələn məsələləri yerinə yetirir. 100 il keçməsinə baxmayaraq, Nigar Rəfibəylinin poeziyası bu gün də yaşayır və aktualdır. Çünki o, novator şair idi və yaradıcılığı yüz il sonra da yaşayacaq. Çap olunan hər iki kitab bizim ədəbiyyatımızın zənginləşməsinə öz töhfəsini verəcək”. Xalq şairi Nəriman Həsənzadə, professor Buludxan Xəlilov, AYB-nin katibi Arif Əmrahoğlu və başqaları Nigar Rəfibəylinin poeziyası haqqında fikirlərini bildiriblər. Tədbirdə şairin həyat və yaradıcılığını işıqlandıran videoçarx nümayiş olunub, Nigar Rəfibəylinin sözlərinə yazılan mahnılar səsləndirilib. Tədbirin sonunda Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək, kitabın ərsəyə gəlməsində xidməti olanlara təşəkkürünü bildirib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol