• $
  • €
  • ₽
  • ₺
  • £

Milanda Azərbaycanın gənc rəssamlarının sərgisi keçiriləcək

Milanda Azərbaycanın gənc rəssamlarının sərgisi keçiriləcək
22.11.2013 09:37
Azərbaycanın İtaliyadakı səfirliyi, Milan Bələdiyyəsi, Milandakı Azərbaycan Mədəniyyət Assosiasiyası və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə noyabrın 22-dən 29-dək Milan şəhərində “Chiesa Rossa” kitabxanasının binasında Azərbaycanın gənc rəssamlarının sərgisi keçiriləcəkdir. Sərgiyə, həmçinin Xarici İşlər, Mədəniyyət və Turizm nazirlikləri və “Azal-Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti də təşkilati dəstək verir.“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzindən AzərTAc-a bildirmişlər ki, sərgidə iştirak etmək üçün Azərbaycandan 19 nəfərdən ibarət nümayəndə heyəti noyabrın 22-dən 29-dək İtaliyada səfərdə olacaqdır.Sərgidə nümayiş etdirmək üçün 12 rəssamın 50 əsəri seçilmişdir. Onlardan Günay Bəylərovanın “Xocalı fəryadı”, Bəhriyyə Əliyevanın “Qızıl gül”, Aynur Əsədovanın “Azərbaycan süvenirləri”, Mehriban Mehdizadənin “Arşın mal alan“, Ayan Kərimovanın “Süsənlər”, Günay Mehdizadənin “Güllərin illüziyası”, Tatyana Quliyevanın “Köhnə Bakı”, Cəmilə Əliyevanın “Ortaq məxrəc”, Ləman Kərimovanın “Qara üzüm”, Azər Əsədovun “Qədim Bakı abidələri”, Ramal Kazımovun “Darıxdırıcı gün” və Kəmalə Kərimovanın “Taxta stolun üzərində meyvələr” adlı rəsmlərinin adını çəkmək olar.Sərgilənən əsərlər rəngkarlıq və qrafikanın müxtəlif istiqamətlərini əhatə edir. Lakin bütün bu əsərləri novatorluq, vətənə sevgi, həyata yeni baxış kimi cəhətlər birləşdirir.Təşkilatçılar sərginin İtaliya sənətsevərlərinin, rəssamların diqqətini cəlb edəcəyinə ümid bəslədiklərini, humanitar və mədəni əməkdaşlığın inkişafına təkan verəcəyinə, xarici dövlətlərin nümayəndələrinə mədəniyyətimiz, tariximiz və irsimiz haqqında geniş məlumat almağa imkan yaradacağına inandıqlarını bildirmişlər.Səfər müddətində Azərbaycanın gənc rəssamları Milan şəhərinin görməli yerlərinin eskizlərini və fotolarını çəkəcək, tarixi yerləri ziyarət edəcək, Venesiyada və İsveçrənin Cenevrə şəhərində olacaqlar.Sərginin sonunda rəssamlara səfirliyimiz tərəfindən sertifikat-plaketlər təqdim olunacaqdır.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol