• $
  • €
  • ₽
  • ₺
  • £

"Qafqaza qayıdış" sənədli filminin təqdimatı olub

"Qafqaza qayıdış" sənədli filminin təqdimatı olub
20.11.2013 23:11
Noyabr 20-də Nizami Kino Mərkəzində Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" sənədli filminin təqdimat mərasimi keçirilib. APA-nın məlumata görə, təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, sözügedən ekran əsəri filmlə turizmin vəhdətidir: “Mən çox sevinirəm ki, ilk addım olmasına baxmayaraq, bizim turizm filmləri festivalında 45 ölkə iştirak edir. Bu, o deməkdir ki, Azərbaycan festivalı uğurla başlayıb və uğurla da davam etdirəcək. İnanıram ki, ən maraqlı filmlər bizim tamaşaçılar və münsiflər heyəti tərəfindən dəyərləndiriləcək”. Ə. Qarayev son illərdə Azərbaycan-Fransa əlaqələrinin genişlənməsindən də danışıb: “Əlamətdar haldır ki, bizim dostumuz Jerar Depardye bu əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir. Bu film bizim ölkəmizin tanınmasında öz təsirini göstərəcək və Azərbaycanın turizm potensialının daha da təbliğ olunmasında öz rolunu oynayacaq”. “Qafqaza qayıdış”ın rejissoru və yaradıcı heyətin digər üzvləri bildiriblər ki, filmdə tamaşaçılar A. Dümanın Qafqaza səfəri haqqında dolğun məlumat alacaqlar və ekran əsərində məşhur yazıçının üç kitabının motivlərini görə biləcəklər.  Qeyd edək ki, məşhur fransız aktyoru Jerar Depardye, illüstrasiyaçı rəssam Matyo Sapanla yanaşı, aktyor Ənvər Həsənov və tanınmış televiziya aparıcısı Fuad Axundovun da çəkildiyi filmin quruluşçu rejissorları Stefan Berqunyu, Jan-Pyer Deviler, ssenari müəllifləri Fuad Axundov, Stefan Berqunyu, Jan-Pyer Deviler, Lesli Qranberq, quruluşçu operatoru Stefan Byon, prodüserləri Arno Friley və Cavid İmamverdiyevdir. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol