• $
  • €
  • ₽
  • ₺
  • £

Dovlatovun "Zona" povesti Azərbaycan dilində!

Dovlatovun "Zona" povesti Azərbaycan dilində!
27.11.2014 11:54

Dovlatovun "Zona" povesti Azərbaycan dilində!"Qanun" nəşriyyatı tanınmış Rusiya yazıçısı Sergei Dovlatovun "Zona" povestini Azərbaycan dilində çap etdi.

Dissident yazıçının bu əsəri həm də avtobioqrafikdir.

O, 1962-ci ildə Rusiyanın şimal-qərbindəki bir islah-əmək düşərgəsində nəzarətçi olub. 

Povest məhbusların həyatından 14 epizodu əhatə edir.

“...Mən bütün işlərimdən qabaq gərək “Zona”nı nəşrə hazırlayardım. Axı mənim başabəla yazıçılığım məhz bundan başlayıb...”

“...Nəzarətçi kimi xidmətə başlayanda mən məhkumun simasında bir qurban görməyə hazır idim. Öz timsalımda isə – divantutan. Cəmisi bir həftədən sonra bütün xülyalarım heçə yuvarlandı. Mən qazamatla azadlıq arasında heyrətamiz oxşarlıq aşkar etdim... Qadağaların hər iki üzündən eyni dünya boylanırdı – vahid və insafsız...”

“...İdrakım alışdığı əndazədən çıxırdı. Özüm haqda üçüncü şəxs qismində düşünməyə başlayırdım... Ətrafda tükürpərdici vaqiələr baş verirdi. Adamlar heyvanlara çevrilirdi. Biz insan sifətini itirirdik – aclıqdan, alçalmaqdan, qorxu-iztirabdan... Mənim bədən üzvlərim təbdən düşmüşdü. İdrakımsa sarsılmaqdan qurtula bilmişdi... Aclıq, ağrı, xiffət – bütün bunlar yenilməz idrakımın əvəzsiz xammalına çevrilirdi...”

“...Əslində, mən artıq yazmağa başlamışdım. Mənim ədəbiyyatım – həyatımı tamamlayırdı. Belə bir tamamlama olmadan həyatım heç nəyə yaramazdı. Bütün bunları kağıza köçürmək qalırdı. Mən SÖZ axtarışına çıxmışdım...”

Tərcümə edən: Azər Əhmədov

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol